sosial
24.01.2018, 11:19
Sakinlərin nəzərinə: Xətai rayonunda su olmayacaq
Bu gün Bakının Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bu barədə XəzərXəbər-ə "Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
"Bakı şəhəri Məhəmməd Hadi küçəsindən keçən magistral xətlərdə yenidənqurma işlərinin aparılması ilə əlaqədar 24 yanvar 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir", - deyə məlumatda vurğulanıb.