http://teleqraf.com/storage/upload/teleqraf.com1438859763derman-resept.jpg












Azərbaycanda dərman vasitələrinə reseptlərin yazılması qaydası təsdiqlənib.

Bu, Səhiyyə Nazirliyinin Kollegiyasının təsdiq etdiyi və yanvarın 23-dən qüvvəyə minən “Aptek təşkilatlarına dair tələblər və aptek təşkilatlarından dərman vasitələrinin buraxılması qaydaları”nda əksini tapıb.

Qaydalara əsasən reseptlər təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq bütün tibb müəssisələrində çalışan, həmçinin özəl tibbi praktika ilə məşğul olan resept yazmaq hüququna malik tibb işçiləri (həkim və tibb məntəqələrinin feldşerləri) tərəfindən tibbi göstərişlər əsasında yazılır. Dərman vasitələrinə reseptlər “Resept blankı forması” və “Ödənişsiz resept blankı forması”nda, optik ləvazimatlara isə “Optik ləvazimatlara resept blankı forması”nda yazılır. Resept dərman vasitələrinin beynəlxalq patentləşdirilməmiş adı, buraxılış forması, dozası və istifadə qaydaları qeyd olunmaqla yazılır. Təyin edilmiş dərman vasitəsinin beynəlxalq patentləşdirilməmiş adının olmadığı hallarda (3 və daha artıq tərkibli, bioloji oxşar dərman vasitələri qrupuna aid olduqda) resept blankında onun ticarət adı yazılır. Resept blanklarında hər hansı düzəlişə yol verilmir.

Dərman vasitələrinin tərkib hissələri resept blankında latın və ya ingilis dillərində, dərman forması, hazırlanması və müvafiq buraxılış qaydaları latın dilində, reseptin siqnatura hissəsi (dərmanın istifadə edilmə qaydası) isə Azərbaycan dilində yazılmalıdır. Ambulator şəraitdə müalicə alan xəstələrə resept blankında yazılmış dərman vasitəsi haqqında məlumatlar ambulator xəstənin tibbi kartında və elektron sağlamlıq kartında qeyd edilir. Stasionar şəraitdə müalicə alan xəstələrə dərman vasitələri tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısına uyğun olaraq resept yazmadan təyin edilir.Tibb müəssisəsinə ayrılan dərman vasitələrinin siyahısında olmayan dərman vasitəsinin xəstəyə təyin olunmasına tibbi göstəriş olduqda müalicə həkiminə dərman təyinatını tibb müəssisəsinin rəhbəri və ya onun bu məqsədlə təyin etdiyi məsul şəxslə, təcili-təxirəsalınmaz hallar zamanı isə cavabdeh növbətçi həkim ilə razılaşdırmaqla reseptin yazılmasına icazə verilir.

Dərman vasitələrinin ödənişsiz alınması üçün nəzərdə tutulan reseptlər yalnız dövlət müalicə-profilaktika müəssisələrinin həkimləri tərəfindən, Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş siyahıya uyğun yazılır. Ödənişsiz şərtlərlə dərman almaq hüququna malik olan şəxslərə dərman preparatı yazmaq üçün istifadə olunan ödənişsiz resept blanklarının qeydiyyatı aparılır./APA/


Oxunub: 947

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər