hadise
30.01.2018, 08:52
Bakıda 31 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş./"Report"