gundem
31.01.2018, 08:33
Metroda qatarda nasazlıq yarandı, stansiyalarda sıxlıq yaşandı
Bakı metrosunda qatarda problem yaranıb. "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev "Trend"ə bildirib ki, 13 saylı marşrut üzrə hərəkət edən qatar nasazlıq səbəbindən depoya göndərilib: "Həmin qatarın əvəzinə xətdə qatar buraxılıb və qatarlararası inyerval artıb. Həmçinin pik saat olduğundan stansiyalarda sərnişin sıxlığı yaranıb. Bakı Metropoliteni yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. Hazırda intervalın bərpa edilməsinə çalışırıq".