Spirtli içki xərçəngə səbəb olur
Ümumdünya Səhiyyə Təşkilatı spirtli içkidən istifadənin müxtəlif onkoloji xəstəliklərə, o cümlədən bağırsaq, süd vəzisi, qida borusu, qırtlaq, qara ciyər, boğaz və ağız boşluğunun xərçənginə səbəb ola biləcəyini açıqlayıb.
Xəbərdarlıq Ümumdünya xərçəngə qarşı mübarizə günündə, təşkilatın saytında dərc olunub.
Spirtli içkilərin əsas karsogeni hüceyrələri zədələyən və onların bədxassəli şişə çevrilmə riskini artıran etanol sayılır. O, qadınlarda hüceyrə proliferasiyasını gücləndirir, süd vəzisinin xərçəngi riskini artırır. Spirtli içki ilə bərabər tütündən istifadə bədxassəli törəmələrin formalaşması ehtimalını yüksəldir.
ÜST qeyd edir ki, qadın günə dörd badə şərab qəbul etdikdə süd vəzisində xərçəngin formalaşması riskini 50 faiz, günə səkkiz badədə isə 130 faiz artırır.
Ekspertlərin fikrincə, xərçəngin formalaşması baxımından spirtli içkidən istifadənin təhlükəsiz miqdarı mövcud deyil. Hətta spirtli içkinin kiçik dozaları belə şişlərin formalaşması riski yaradır.|Oxu.Az