hadise
7.02.2018, 23:52
Afrində 2 türk əsgəri şəhid olub
Fevralın 7-də Suriyanın Afrin bölgəsində terrorçuların nəzarətindəki ərazilərdən türk hərbçilərinin atəşə tutulması nəticəsində 2 əsgər şəhid olub.
Bu barədə Türkiyə Baş Qərargahının məlumatında bildirilir.
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Bir gün sonra isə Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb./“Milliyet”