YAP-çı deputat: İlham Əliyevlə bağlı qərar bütövlükdə xalqımızın qərarıdır













İlham Əliyevin Azərbaycan naminə xidmətlərini saymaqla qurtarmaq olmaz.

YAP-çı millət vəkili, adıçəkilən partiyanın İdarə Heyəti və Siyasi Şurasının üzvü olan Eldar İbrahimov hakim siyasi təşkilat tərəfindən ölkə Prezidenti İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarın qəbul edilməsinə münasibətini bildirərkən deyib.

O, YAP-ın bu gün keçirilən 6-cı qurultayında belə bir qərarın qəbul olumasını ürəkdən dəstəklədiyini və birmənalı şəkildə təqdir etdiyini bildirib:

"Bu qərar partiyamızın üzləri, qurultay iştirakçıları tərəfindən yekdilliklə qəbul olundu. Başqa cür də ola bilməzdi. İlham Əliyevin növbəti dəfə prezidentliyə namizədliyinin irəli sürülməsi hər kəsin, bütövlükdə xalqımızın ürəyindəndir.

Çünki ümummilli liderimiz Heydər Əliyevin siyasətinin layiqli davamçısı olan cənab Prezidentin son 15 illik fəaliyyəti Azərbaycanı dünyanın aparıcı və lider dövlətlərindən birinə çevirib. Azərbaycan İlham Əliyevin müdrik, düşünlümüş, prqamatik, realist siyasəti nəticəsində nəinki bölgənin, dünyanın siyasi və iqtisadi sabitlik və təhlükəsizlik adasına çevrilib.

Azərbaycan bu gün dünyanın siyasi, mədəni dialoq mərkəzinə, milli və dini tolerantlıq məkanına çevrilməyi baçarıb, buna nail ola bilib. Azərbaycan dünyada hələ də maliyyə-iqtisadi böhranın davam etməsinə baxmayaraq, iqtisadi inkişaf, tərəqqi yolunda qələbələrdən qələbələrə, zəfərlərdən zəfərlərə doğru irəliləyib və bu gün də bu estafeti uğurla davam etdirməkdədir.

Yəni, İlham Əliyevin Azərbaycan naminə xidmətlərini saymaqla qurtarmaq olmaz. Bu baxımdan, cənab İlham Əliyevin növbəti 7 il müddətinə prezidentliyini davam etdirməsi, bunun üçün növbəti dəfə mandat alması- buna da heç bir şübhə ola bilməz - çox vacibdir. Ona görə, YAP-ın bu qərarı da elə bilirəm ki, Azərbaycan xalqının mütləq əksəriyyətinin seçimi və qərarıdır"./Oxu.Az


Oxunub: 663

Son xəbərlər

Yunanıstanda meşə yanğını başladı

Ərdoğan və Stoltenberq telefonla danışdı

Kirill Budanov: “Ukrayna 1991-ci il sərhədlərinə qayıdacaq"

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb

Zelenski Ukraynanın Gürcüstan və daha dörd ölkədəki səfirlərini geri çağırıb

Bu avtobusların hərəkət istiqaməti dəyişdirilir - SİYAHI

"Ukrayna münaqişəsi danışıqlar yolu ilə həll olunacaq" - Stoltenberq

Bank sektorunun xarici öhdəlikləri artıb

Bakıda sərnişin avtobusu qəzaya uğradı

Hərbi xidmətə çağırılanların NƏZƏRİNƏ

HADİSƏÖtən sutka 51 yanğına çıxış olub - FHN

Ermənistanda hökumətlə mərkəzi bank arasında gərginlik: kredit verilmir

Altı məktəbin ali təhsilsiz direktor müavini işdən çıxarıldı

Sabah bu küçələrdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq - SİYAHI

Sabahdan ərik ucuzlaşacaq

Sumqayıtda çalış xəstə düşmə... - Çünki səhiyyə sisteminin özü xəstədir...

"Xüsusi bir şəbəkə var, bu şəbəkə mənə qarşı neqativ münasibət sərgiləyir" - Fəzail Ağamalı

“Ermənilərin xoşbəxtliyi Azərbaycanın əlindədir” - BU FAKTDIR!!!

Azərbaycan nefti bahalaşdı

Cənubi Qafqazda ən böyük büdcə də, ən az orta maaş da Azərbaycandadır - elə bu fakt KORRUPSİYANI İFADƏ EDİR

BU NƏDİ BELƏ: Qarabağda ermənilərin müqavimət ocaqları formalaşıb... - Daşnak deputat

Azərbaycanda SAXTA PENSİYA BİZNESİ... - İLGİNC İDDİALAR...

İnstagramda yeni funksiyalar yaradılır

İcra hakimiyyətinin yarım milyonluq tenderini vergi borcu olan şirkət uddu - FOTOFAKT

Xalq artistinin 70 illik yubileyi keçirilib

Daşınmaz əmlakı daşıtdıran nazir müavini kimdir?

Parlament Zəngilanda qızıl yataqlarına dair Sazişi təsdiqləyəcək

"Rusiya ilə münasibətlər yüksək səviyyədədir" - Nazir

Ukrayna Ali Radasının sədri Putinə səsləndi

Köçəryan ümumerməni fonduna daxil olmaqdan imtina etdi

Bütün xəbərlər