gundem
10.02.2018, 20:21
Türkiyədə 17 İŞİD üzvü saxlanılıb
Türkiyə polisi terror aktları hazırlamaqda şübhəli bilinən İŞİD terror qruplaşmasının 17 üzvünü saxlayıb.
Bu barədə Anadolu agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirib ki, yaraqlılar paytaxt Ankarada terror aktları həyata keçirməyi planlaşdırmışdılar.
Qeyd edilir ki, daha 31 terrorçu İstanbulda keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Onların hamısı xarici vətəndaşlardır./Oxu.Az