Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib















Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi tərəfindən Cəmşid Naxçıvanski adına Hərbi Liseydə 2016-cı ilin Aprel döyüşlərində şücaət göstərərək qəhrəmancasına şəhid olmuş, ölümündən sonra "Azərbaycan bayrağı” ordeninə layiq görülmüş Mİ-24 hərbi helikopterinin ekipaj üzvü, baş leytenant Əbu Bəkr İsmayılovun xatirəsinə həsr olunan tədbir keçirilib.

AMEA-dan bildirilib ki, əvvəlcə liseyin kursantları, müəllim və komandir heyəti, həmçinin şəhidin ailə üzvləri II Fəxri xiyabanda Əbu Bəkr İsmayılovun xatirəsini yad edib, məzarı önünə əkil və tər çiçəklər qoyublar.

Mərasim Vətən uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən C.Naxçıvanski adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə şöbə rəisinin müavini, mayor Natiq Rəhimov liseyin məzunlarının qəhrəmanlıqlarından danışıb, Əbu Bəkr İsmayılovun bu ənənənin layiqli davamçısı olduğunu bildirib. Vurğulayıb ki, Vətənin ərazi bütövlüyü uğrunda şəhid olanların hər biri qəhrəmanlıq məktəbidir. Onların xatirəsini əbədiləşdirmək, ailələrinə arxa olmaq hamının vətəndaşlıq borcudur.

Daha sonra muzeyin Aran regional şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı çıxış edərək Dağlıq Qarabağ müharibəsinin müasir mərhələsindən, Ermənistanın işğalçı siyasətindən və xalqımızın şanlı qəhrəmanlıq səhifəsini yazan Aprel döyüşlərindən söhbət açıb. Şəhidlərin xatirəsinə həsr olunan belə tədbirlərin keçirilməsinin vacibliyini qeyd edən Y.Bahadurqızı bildirib ki, Əbu Bəkrin Aprel döyüşlərində misilsiz xidməti təkcə ailəsi üçün deyil, xalqımız üçün böyük qələbədir. Bu döyüşlərdə Əbu Bəkr kimi oğullar düşməni məhv edərək, öz qanları bahasına tarixi ərazilərimizə sahib çıxdılar. Belə qəhrəmanlarımızın xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Daha sonra liseyin kimya müəllimi Flora Hüseynova şagirdi ilə bağlı xatirələrini bölüşüb.

Tədbirdə Xalq Artisti Eldost Bayram, Milli Mədəniyyətinin Təbliği İctimai Birliyinin Rəhbəri Jalə Cəfərova və başqaları Əbubəkr İsmayılovun qısa, eyni zamanda, şərəfli həyatından, insani keyfiyyətlərindən bəhs ediblər.

Oğlu ilə qürur duyduğunu deyən şəhidin anası Rəna İsmayılova övladının vətənpərvərliyindən, mərdliyindən danışıb və tədbir təşkilatçılarına təşəkkürünü bildirib.

Tədbir çərçivəsində "Çaşıoğlu” nəşriyyatında çapdan çıxmış "Hay ver mənə, cənab leytenant” kitabının təqdimatı da olub.

Sonda lisey kitabxanasının müdiri Zemfira İsmayılova, kitabxananın əməkdaşı Vahid Məhərrəmli və ədəbiyyat müəllimi Gülsəda Amanqızının rəhbərliyi ilə kursantların hazırladığı bədii proqram nümayiş etdirilib./xezerxeber.az

Şəhidin xatirəsi təhsil aldığı liseydə yad edilib


Oxunub: 677

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər