Azərbaycandan “quş qripi” ilə bağlı QADAĞA












Dünyanın bir sıra ölkələrində (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətindən - verilən məlumata görə, hazırda bu xəstəlik Azərbaycan Respublikası ilə həmsərhəd olan İran İslam Respublikasının da bir çox regionlarında müşahidə edilir. Qonşu ölkədən verilən məlumata görə, İran İslam Respublikasında quşlar arasında “quş qripi” virusunun yayılması və əhalinin sağlamlığının qorunması məqsədilə 25 milyona qədər quş zərərsizləşdirilib. Həmçinin hər gün bu xəstəliyin yayıldığı bildirilib.

Bununla əlaqədar “quş qripi” xəstəliyi baş vermiş ölkələrdən və regionlardan, o cümlədən İran İslam Respublikasından ölkəmizə diri quş və quşçuluq məhsullarının gətirilməsinə qadağa qoyulmuş və bu barədə aidiyyəti qurumlara məlumat verilib.

Respublikamızın quşların “miqrasiya xətti” üzərində yerləşməsini və qonşu ölkədə “quş qripi” xəstəliyinin yayılmasını nəzərə alaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti əhaliyə və quşçuluq təsərrüfatlarının rəhbərlərinə təsərrüfatlarında saxlanılan quşları “quş qripi” xəstəliyindən qorumaq, qabaqlayıcı tədbirlər görmək məqsədi ilə ev və sənaye quşlarının qapalı şəraitdə, baytarlıq-sanitariya qaydalarına uyğun saxlanılmasını tövsiyə edir.

Hazırda “quş qripi” və digər iti yoluxucu xəstəliklərə görə respublikada epizootik vəziyyət sabitdir./BAKU.WS


Oxunub: 993

Son xəbərlər

DYP radarlarla bağlı müraciət yaydı

Kremlin İrəvanla bağlı “B” planı: 300 min erməni niyə göndərilir?

Valideynlərin DİQQƏTİNƏ! Uşaqlar arasında bu virus yayılıb…

Cavanşir Feyziyev əhalini belə soyur – iqtisadçı

“Harada görünüb ki, “tükdönmə” əməliyyatından o boyda cayıl ölsün?” – Video

Ürək və beyin sağlamlığını qoruyan balıq növü...

DİN süni intellekt və İT sahələri üzrə təqaüd proqramına start verdi

İlham Əliyev qəbul keçirdi - FOTO

Sabunçunun “qanunsuz sərvət” modeli – Adil Vəliyev, oğlunun biznesləri və xalqın susqunluğu

Partlayış səsləri eşidiləcək - Nazirlikdən xəbərdarlıq

Xaricdəki diplomatlarımız Bakıya çağırıldı

Mərkəzi Bankın milyonluq tenderi niyə baş tutmadı?

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Bu əşyaları yay aylarında avtomobildə saxlamaq olmaz

Selfi zamanı yol verilən 5 geniş yayılmış səhv

"Qarabağ" "Metallist"lə üz-üzə

İsrail Livana zərbələr endirdi

Bu rayonlarda işıq olmayacaq

Bu gün Qəzzada atəşkəs elan edilə bilər

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi səkkizinci hissə

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - iyirmi yeddinci hissə

Azərbaycanda 6 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

Nəsimi RİH-nin xeyir-duası yoxsa... - “Əcəmi Mall”da qanunsuz tikinti işlərinə kimlər nədən göz yumur?!/Fotofakt

Şokoladın faydaları və zərərləri

TƏBİB-ə hər növ xidmət göstərən “SAR TRADE” MMC-nin arxasında kimlər durur

Qida Sənayesi Kollecində saxta imtahan mexanizmi: Təhsil alverə çevrilir?

DSK sədri haqqında şok ittihamlar - KÜLLİ MİQDARDA YEYİNTİYƏ YOL VERİB

Ən təhlükəli küçə yeməkləri – Bu 5 qidadan uzaq durun

Barselonada həyat istiyə görə dözülməz hala gəlir: ''sığınacaqlar'' inşa ediləcək

Kreditlə yaşayan ölkə – Azərbaycanlılar niyə borcla nəfəs alır?

Bütün xəbərlər