Pensiyalar artımla birgə bu gün veriləcək













Prezidentin 09 fevral 2018-ci il tarixli “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sərəncamın şamil olunduğu hər bir pensiyaçının pensiyasına müvafiq artımların edilməsi ilə bağlı hesablamalar artıq başa çatıb.

bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev Trend-ə deyib. Onun sözlərinə görə, sərəncamla əmək pensiyalarının ümumi məbləği 2017-ci ilin orta aylıq nominal əmək haqqının illik artım tempinə uyğun olaraq, 2018-ci il yanvarın 1-dən 5,7 faiz artırılıb.

E. Babayev bildirib ki, əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə Sərəncam pensiyaçıların 1 milyon 236 min nəfərinə və ya 94 faizinə şamil olunur: “Pensiyaçılar fevral ayının pensiyalarını yanvar və fevral aylarındakı artımlarla birgə alacaqlar. Son iki iş günü ərzində Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən hesablamalar başa çatdırılıb. Pensiyaçılar bu günün sonunda müvafiq vəsaitləri iki aylıq artımlarla birgə öz hesablarında görəcəklər”.

Şöbə müdiri deyib ki, sərəncama əsasən, sığortaolunanlar üzrə ödənilən və onların fərdi uçot sistemindəki fərdi hesablarının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin də indeksləşdirilməsi aparılır: “2018-ci ilin 1 yanvar tarixinə fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 566 745 nəfərdir. Çox böyük bir say alınsa da, sığorta-pensiya sisteminin elektron infrastrukturu həm əmək pensiyalarının, həm də fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilərək artırılması işlərinin avtomatlaşdırılmış şəraitdə 2 gün ərzində yerinə yetirməyi mümkün edib"./BAKU.WS


Oxunub: 811

Son xəbərlər

Bu uşaq evləri Agentliyin tabeliyinə verildi

Rusiya və İran bu barədə saziş imzaladı

“Nar”dan “Dinlət” xidməti ilə tərzini PAYLAŞ

Bu müəssisələr Sosial Xidmətlər Agentliyinin tabeliyinə verildi - QƏRAR

Moskva Kiyevlə danışıqlara hazır olduğunu AÇIQLADI

Bu yolda sürət həddi endirildi

Tarif Şurasından qiymətlərlə bağlı QƏRAR

Professor: “Nazirlə düz 3 saat danışdım, axırda dedi “elə bu?”

Hərbçilərin mənzillə təminatına dair yeni proqram hazırlanır

İsrail ordusu “Kəbə əməliyyatı”na hazırlaşır – 44 illik plan işə düşür

Nazir müavininin oğlu Naxçıvanda da yağ satacaq - 2023-cü ildə 14 tender

Şuşaya 2026-cı ilin sonuna qədər 2 min ailə köçürüləcək

Mərkəzi Bankın baş direktoru işdən çıxarıldı

Prezident Şuşa-Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayırdı

Borclu vergi ödəyicilərinə şad xəbər. Hesablarına qoyulan sanksiya ləğv olunacaq

90 nəfəri işlə təmin edəcəkləri vədi ilə aldadaraq böyrəklərini satdılar

Enerji balansı hazırlanacaq

Bankların yeni fəaliyyət növləri müəyyənləşir

Bu şəxslər 7 min manat cərimələnəcək

Azərbaycanda Ağdərə rayonu yaradıldı

Şuşanın bir sıra kəndləri Xocalıya verilib

Sabah yağış və qar yağacaq

Milli Məclisin və Hesablama Palatasının xərclər smetası müəyyənləşdi

Bu məhsullar gömrük rüsumundan azad edilir

Əhməd İsmayılov öz dediklərini inkar edirsə, medianın gələcəyi sual altındadır...

Siqaret və alkoqollu içkilərin aksiz dərəcələri artırılıb

Gələn il yaşayış minimumu və ehtiyac meyarı 270 manat olacaq

Türkiyədə jurnalist yazdığı məqaləyə görə həbs edildi

Vergi Məcəlləsinə dəyişikliklər təsdiqlənib

Bu ölkədə viza verilməsi qaydaları sərtləşdirilir

Bütün xəbərlər