At, eşşək ətindən hazırlanıb 1 manata satılan dönərlər - Kim təqsirkardır?













Paytaxtın bəzi yerlərində 1 manata dönər satılır. Bu hal ən çox da Yeni Yasamal adlandırılan ərazidə müşahidə edilir. Üstəlik, 1 manata satılan dönərlərin yanında ayran da verilir. Yəni, içki də bu qiymətə daxildir. Ayranın maya dəyərini 20 qəpikdən hesablasaq, deməli dönər əslində 80 qəpiyə satılır. Bəs dönərin bu qədər ucuz olmağı normaldır? Həmin dönərlər nə ətindən hazırlanır? Belə ucuz dönərlərin satıldığı dönərxanalara baxış keçirilirmi?

Dogruxeber.az bildirir ki,Sfera.az-ın əməkdaşı bu suallara cavab tapmaq üçün Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovla əlaqə saxlayıb.

Eyyub Hüseynov bildirib ki, 1 manatlıq dönərlərin demək olar ki, hamısı vaxtı keçmiş toyuq ətindən hazırlanır:

"Bizim təşkilat çalışır ki, əhali ucuz və keyfiyyətli mal alsın. Malın ucuz olmağı mühim deyil, əsas odur ki, əhali maldan razı qalsın. Lakin təhlükəli mallarla bağlı xəbərdarlıq edirik. 3 il bundan öncə Standartlaşdırma Komitəsi dönərlərin hazırlanıb şişə keçirilib dondurulmasına nəzarət edirdi. Dönərlərin hansı ətdən hazırlanması nəzarətdə idi. İndi isə 1 manatlıq dönərlərin hamısı vaxtı keçmiş toyuqlardan hazırlanan yararsız məhsullardı".

Eyyub Hüseynov ət dönərlərində də vəziyyətin fərqli olmadığını deyib:

"Ətlər isə at, eşşək və Hindistandan gələn dondurulmuş ətlərdir. Mən deyərdim ki, o dondurulmuş ətlər daha təhlükəsizdir".

Onun sözlərinə görə, dönərxanalarda istifadəe dilən ətin haradan və hansı şəraitdə gətirilməsinə Dövlət Təhlükəsizlik Xidməti nəzarət etməlidir:

"O cür yerlərdə gigiyenik qaydalara da riayət edilmir. Ümumiyyətlə, nəzarətsizlik özbaşınalığa səbəb olur. Onlara şəxsən Dövlət Təhlükəsizlik Xidməti nəzarət etməlidir. Bilinməlidir ki, istifadə edilən ət haradan gətirilir, nə ətidir, hansı qaydada satış edilir. Artıq 3 ilə yaxındır ki, bunlara heç kim nəzarət etmir".


Oxunub: 690

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər