dunya
20.02.2018, 09:33
Türkiyə və Rusiya prezidentləri görüşəcək
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında görüş keçiriləcək.
Türkiyənin baş nazirinin müavini Bəkir Bozdağın sözlərinə görə, prezidentlərin görüşü aprel ayın əvvəlinə planlaşdırılır.
Görüşün dəqiq tarixi hələlik məlum deyil: "Gözlənilir ki, görüşdən sonra Türkiyə-İran-Rusiya sammiti keçiriləcək".