dunya
21.02.2018, 11:20
Tramp: "Silah satışı ciddiləşəcək"
ABŞ prezidenti Donald Tramp ölkədə 2 aparıcı partiyaya müraciət edib.
Prezident müraciətini sosial şəbəkə vasitəsilə gerçəkləşdirib. O silah alıcılarının ciddi şəkildə yoxlanılması üçün yeni tədbirlərin görülməsini diqqətə çatdırıb.
Respublikaçılar və Demokrat partiyalarına səslənən Tramp özünün tviter hesabında yazıb:
"Fərqi yoxdur biz Respublikaçıyıq, yoxsa Demokrat. Silah satışı zamanı alıcıların şəxsi məlumatlarını daha dərindən yoxlamaq və təhlükəsizliyi təmin etmək üçün birgə fəaliyyət göstərməliyik"./publika.az