dunya
26.02.2018, 09:09
Suriyada beş terror qruplaşması vahid rəhbərlik mərkəzi yaradıb
Beş terror qruplaşması Suriyanın Şərqi Quta bölgəsinə vahid rəhbərlik mərkəzi yaradıblar.
Müvafiq razılaşma "Cəbhət ən Nüsrə", "Əhrar əş Şam", "Ceyş əl İslam", "Əl İslam" və Feylək ər Rəhman" qruplaşmaları arasında əldə edilib.
Məlumata görə, Hələb, Latakiya və İdlib əyalətlərində atəşkəs rejiminin pozulması halları müşahidə edilməkdədir. Silahlılar Dəməşqin mərkəzi və ətrafını atəşə tutmaqda davam edir.
Qeyd edək ki, fevralın 24-də BMT TŞ Suriyada 30 günlük atəşkəsə dair qətnaməni yekdilliklə qəbul edib./ "RİA Novosti"
@DogruXeber.az