AzTV rəhbərinin adı hallanan məhkəmədə şok iddia: “Onunla gələn qızı elə rayonda aradan götürdülər”





Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədri Arif Alışanova öldürməyə cəhddə və külli miqdarda pulunu ələ keçirməkdə ittiham edilənlərin məhkəməsi baş tutub.

Musavat.com xəbər verir ki, işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılıb.

Təqsirləndirilənlər Şücayət Əkbərov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovdur.

Məhkəmə prosesinin davamında dövlət ittihamçısı ittiham aktını elan edib.

Təqsirləndirilən şəxslər özlərini təqsirli bilməyiblər.

Məhkəmə təqsirləndirilənlərdən Şücayət Əkbərova ifadə verməyi tələb edib.

“2007-ci ildə Arif Alşıanovu tanıyıram. Bir neçə dəfə Şamaxıya gəlib. Oradan torpaq ərazisi alıb. Mən də makler kimi torpaq sahibləri ilə görüşüb, qiyməti danışırdım. Amma alqı-satqıda özləri şəxsən iştirak edirdi.

2-3 il bu alqı-satqılar davam elədi. Mən təkcə Alışanovla yox, bir çox şəxslə işləmişəm. 2011-ci ildə Alışanov xanımı Mehribanı Şamaxıya göndərdi, torpaqları kürəkəninin adından çıxarmağımızı istədi. Mən sonra bildim ki, qızı boşanırmış deyə torpaqları kürəkəninin adından çıxarırmış.

Alışanov dəfələrlə rayona gəlib, satıcılarla görüşmürdü. Həmişə deyirdi, heç kim bilməsin ki, o torpaq alır. Sonradan torpaqlar ayrı-ayrı şəxslərin adına keçirilib”- deyə təqsirləndirilən şəxs söyləyib.

Şücayət Əkbərov istintaqın qərəzli aparıldığını və istintaq zamanı təyinatla gələn vəkilin də onu aldatdığını deyib.

Arif Alışanovun Şamaxının Karlar kəndindən də torpaq aldığını, həmin kənddə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin də torpaq sahəsinin olduğunu deyən Ş.Əkbərov həmin ərazilərin bələdiyyənin balansında olduğunu deyib.

Ş.Əkbərov qeyd edib ki, həmin kənddə bələdiyyə sədri Sədaqət adlı şəxs olub: “Həmin zaman torpaq sahələrini hissə-hissə alaraq özəlləşdirmək istəyirdik. Amma alınmırdı. Sonra istədik ki, Sədaqəti icra başçısı qoyaq ki, işlər onun əlində olsun. O da alınmadı”.

Təqsirləndirilən şəxs Arif Alışanovun sabiq MTN naziri Eldar Mahmudovla yaxın əlaqələrinin olduğunu söyləyib: “Alışanov Eldar Mahmudovun bir nömrəli adamlarından idi. Amma MTN işində kimlərinsə vasitəsi ilə kənarda qaldı. Bunu da bilirik. Aydın məsələdir. O zaman çox işi Mahmudovun dəsrəyi ilə edirdi”.

Ş.Əkbərov ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu söyləyib.

Məhkəmədə gərginlik yaranıb. Buna səbəb Şücayət Ələkbərovun qızlarının Arif Alışanovun nümayəndəsinə etiraz etməsi olub. Hakim həmin şəxsləri məhkəmə zalından çıxarıb.

Prosesdə sensasion sayıla biləcək iddia səsləndirilib. Şücayət Əkbərov deyib ki, Arif Alışanov rayona gələndə yanına gənc qızlar da olurmuş: “Bir dəfə gələn qızı elə rayonda aradan götürdülər. Başını “əkdilər”. Bunu bilirəm deyə məni aradan götürmək istəyirlər. Sonra da başqa qızla gəldi”.

Bildirək ki, ittiham aktında yazılır ki, Ş.Əkbərov 2013-cü ilin iyulundan 2017-ci ilin yanvarınadək olan dövr ərzində Şamaxı rayonunda və Bakı şəhərində külli miqdarda özgə əmlakını və əmlaka olan hüquqları aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirmək məqsədilə dələduzluq edərək yaratdığı mütəşəkkil dəstə tərkibində qanunsuz silah, döyüş sursatı əldə edib saxlayaraq, daşıyıb-gəzdirib, başqa cinayəti gizlətmək məqsədilə, tamah niyyətli və sifarişlə iki və daha çox şəxsi təkrarən qəsdən öldürməyə cəhd edib. O, həçinin A.Alışanovun 4,5 milyon manatlıq əmlakını da ələ keçirməkdə təqsirli bilinir.

Rəsmi məlumata görə, Ş.Əkbərov həmin pul vəsaitləri və əmlakları geri qaytarmaq məqsədilə yaxın münasibətlərdə olduğu Musabi Namazov, Qoçəli Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla dələduzluq cinayət əməlini gizlətmək üçün A.Alışanovu öldürmək istəyiblər. Ş.Əkbərov bunun müqabilində dəstə üzvləri Q.Cəbiyevlə M.Namazova 600 min manat pul vəd edib.

İttihama görə M.Namazovun dəstə üzvləri tərəfindən törədiləcək qəsdən adam öldürmə və qanunsuz silah əldə etmə, daşıma, gəzdirməklə saxlama əməlləri barədə polis orqanlarına vaxtında məlumat verib.

Polis əməkdaşları Ş.Əkbərovu, Q.Cəbiyevi, M.Namazovu, A.Hüseynovu və Z.Şirinovu saxlayıb. Məhkəmənin qərarı ilə Ş.Əkbərov, Q.Cəbiyev, A.Hüseynov və Z.Şirinovun barəsində həbs qətimkan tədbiri seçilib. M.Namazovun barəsində isə polisin nəzarətinə verilmə qətimkan tədbiri ilə bağlı qərar çıxarılıb.

Ş.Əkbərov Cinayət Məcəlləsinin 29,120.2.1-ci (qəsdən adam öldürməyə cəhd, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29,120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürməyə cəhd), 29,120.2.6-cı (başqa cinayəti gizlətmə və ya onun törədilməsini yüngülləşdirmə məqsədi ilə, habelə zorlama və ya seksual xarakterli başqa zorakı hərəkətlərlə əlaqədar adam öldürməyə cəhd), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29,120.2.10-cu (təkrar adam öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə), 228.3-cü (qanunsuz olaraq odlu silah qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham olunur.

Digər şəxslərin barəsində isə 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10, 228.3-cü maddələrlə ittiham irəli sürülüb.


@DogruXeber.az


Oxunub: 482

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər