İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb










İstanbuldakı “Notist ART” sənət qalereyasında Azərbaycan mənşəli rəssam Teymur Ağaəlioğlunun fərdi rəsm sərgisi açılıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, sərgidə sənətkarın son illərdə peyzaj janrında sulu və yağlıboya ilə çəkdiyi əsərləri nümayiş etdirilir.

Türkiyənin incəsənət ictimaiyyətinin yaxından maraq göstərdiyi sərginin açılış mərasimində APA-ya açıqlama verən rəssam Teymur Ağaəlioğlu deyib: “Bu, mənim indiyə qədər Türkiyənin müxtəlif şəhərlərində açdığım 40-cı fərdi sərgimdir, iştirak etdiyim qrup sərgilərinin sayını isə bilmirəm. Sənətkarlar müəyyən mərhələləri keçəndən sonra qrup sərgilərində ciddi seçim apararaq iştirak etməlidirlər. Yaradıcılığımın bundan sonrakı mərhələsinin əsas hədəfi-Qərb ölkələrinin mühüm qalereyalarında fərdi sərgilər açmaqdır. Çünki Türkiyənin ən mühüm muzey, kolleksiya və qalereyalarında mənim hədəfimi təmin edəcək qədər tablolarım var”

Rəssam Teymur Ağaəlioğlu 1953-cü ildə Gürcüstanın Borçalı bölgəsində anadan olub. İncəsənət təhsilini Əzimzadə adına Rəssamlıq məktəbində və Tbilisi İncəsənət akademiyasında alıb. 1990-cı illərin ortalarından bəri Türkiyədə yaşayan sənətkar, son illərdə yaradıcılıq işlərini İstanbulda davam etdirir. Rəssam Ağaəlioğlu İstanbulun Tophane səmtində qurduğu sənət emalatxanasında təcrübəsini emalatxananın daimi müdavimləri ilə bölüşür.

@DogruXeber.az


İstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıbİstanbulda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb


Oxunub: 743

Son xəbərlər

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Yeddinci hissə

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim

Vahid pasport sistemi yaradıldı

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Goranboyda hərbi maşını qəzaya düşdü

Boğazına arı gedən milyarder öldü

Zakir Həsənov İrana başsağlığı verdi

Paşinyan: Bakı ilə sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırıq

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Rusiya Azərbaycana təşəkkür edib

Qurtuluş gününün havası

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur" - Hikmət Hacıyev

İsrailin zərbəsi nəticəsində 60 nəfər ölüb

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

Xətaidə konsert proqramı təşkil olundu - VİDEO+FOTO

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bütün xəbərlər