bolge
12.03.2018, 09:51
Neftçalada 37 yaşlı qadın hündürlükdən yıxılıb
Neftçalada hündürlükdən yıxılan qadın kəllə-beyin travması alıb.
DogruXeber.az-Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Qədimkənd kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayeva Mələk Nəcəfqulu qızı pilləkəndən yıxılıb. Kəllə-beyin travması alan qadın Neftçala rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
@DogruXeber.az