Rektorun biznesi: idman müəllimi GDU-da fitnes klub və kurs açıb – İttiham











Yusif Yusibov Gəncə Dövlət Universitetinə (GDU) rektor keçdikdən sonra “alayarımçıq” kadrlara böyük səlahiyyətlər verili

Məktubda sual olunur ki, görəsən bu “lalları, korları, şilləri” rektor haradan tapır: “Belə yüksək səlahiyyət sahiblərindən biri də Xəqani Umudovdur.

O, özünün dediyi kimi “universitetin nəznində fəaliyyət göstərən departament sədri”dir. Əslində Xəqani bəy idman klubunun rəhbəridir.

Xəqani bəyin universitetdə tədris və təlim-tərbiyə işlərinə heç bir aidiyyəti yoxdur. Lakin, nədənsə rektor II və III tədris binalarında müəllim və texniki işçilərin işə davamiyyətini yoxlamağı ona həvalə edib”.

Təsəvvür edin, Xəqani bəy əlində işçilərin siyahısı ilə hər hansı bir kafedraya daxil olur. Məsələn, Nigar müəllimə, Teyyub müəllim, Fatma müəllimə və s.

Elə bil ki, türmədə dustaqları yoxlayır. Belə yoxlama bir kafedrada gün ərzində bir neçə dəfə və hər dəfə də təqribən yarım saat çəkir.

Allah eləməmiş, əgər kimsə işə gecikibsə, Xəqani bəy amiranə şəkildə əmr verir: “Gəlsin ikinci binaya, mənim kabinetimə.

Orada qeydiyyatdan keçsin. Gəlməsə iş gününü kəsəcəyəm, akt bağlayacağam. Görəsən bu hakimi-amir kimə arxayındır ki, belə “göynən gedir?”

Universitetin ikinci tədris binasının həyətində külli miqdarda pul bahasına başa gələn müasir futbol meydançası elə bil Xəqani bəyə babasından qalıb.

Universitetdən kənar şəxslərin bu meydançada futbol oynaması üçün “departament müdiri” xüsusi qiymət qoyub. 2 saat üçün 15 manat. Yaxşı gəlir yeridir.

İki-üç il bundan qabaq sınıq-salxaq “09-Jiquli” maşını olan Xəqani bəy özünün dediyi kimi “departament müdiri” olduqdan bir il sonra “Nissan Teana”, bundan bir il keçməmiş isə “Mersedes ML” cip maşını alıb”.

FİA.Az xəbər verir ki, məktubda detallı məlumatlar yer alıb. Bildirilir ki, X.Umudov II tədris binasında iki-üç darısqal otaqda yaratdığı “fitnes klubu”na universitetin əməkdaşlarını buraxmasa da şəhərin gənclərinin əyləncə mərkəzinə çevrilib.

“Belə ki, indi də o, abituriyent , magistr, dövlət qulluğu, müəllimlərin işə qəbulu və kompüterlə bağlı hazırlıq kursları təşkil etmək istəyir.

Lisenziyası olmayan bu hazırlıq kursları universitetin III tədris binasında təşkil olunur. Tədris binasında təhsil alan xarici dili fakültəsinin tələbələri üçün dərs keçməyə otaq çatışmır.

Amma buna baxmayaraq dərs otaqlarını Xəqani bəy zəbt edib, dövlət müəssisəsinin əmlakından şəxsi qazanc götürmək məqsədi ilə geniş istifadə edir. Bu özəl hazırlıq kurslarına universitetin iki yüksək vəzifəli şəxsi də şərikdir.

Ona görə də III tədris binasında yerləşən bu kurs həmin şəxslər tərəfindən texniki avadanlıqlar, notbular və mebellərlə təmin olunub.

Xəqani bəy idman ixtisasını bir neçə il bundan qabaq güc-bəla ilə bitirib, magistr təhsili yoxdur. Bir saat da olsun belə dərs keçməyib, müəllimlik işi ilə əlaqəsi yoxdur”./fia.az

@DogruXeber.az


Oxunub: 1 074

Son xəbərlər

110 min pul BELƏ YEYİLİB... - FOTOFAKT

Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirildi

Gürcüstan Prezidenti bu qanuna veto qoyacağını AÇIQLADI

Prezidentdən Şuşa ilə bağlı SƏRƏNCAM

"Onunla nə edirsən et" deyib, azyaşlı qızını 50 yaşlı kişiyə verdi - Azərbaycanda ŞOK OLAY

Şahmar Mövsümov yeni sədri kollektivə təqdim etdi

Daha bir sabiq deputat vəfat etdi - FOTO

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Çovdarovun 30 milyonluq əmlakı əlindən çıxdı - Son qərar

Hikmət Hacıyev sülhməramlıların Qarabağdan çıxarılmasını belə ŞƏRH ETDİ

Azərbaycanda ailə məhkəmələrinin yaradılması təklif olunur

İş adamı Manaf Ağayevə ev bağışlayıb?

Jurnalist Cəmil Məmmədliyə hökm oxundu

Sabah 28° isti olacaq

Ədliyyə nazirindən YENİ TƏYİNATLAR

Mövsümi allergiyaya səbəb OLANLAR

Əmlak Komitəsinin vəzifəli şəxslərinin kassasiya şikayəti təmin edilmədi

Sülhməramlılar Qarabağdan çıxarılır

Prezident Kayrat Sarıbayı qəbul etdi

Naxçıvan aeroportunun direktoru vəzifəsindən azad edildi

Paşinyan yenidən Qazaxla sərhədə getdi

Çempionlar Liqası: Bu gün sonuncu yarımfinalçılar müəyyənləşəcək

Maskalı şəxs bankı partlatdı

Alimlər "canavar dalğaları"nın necə yarandığını müəyyənləşdirdi

Alimlər Yerin yaxınlığında nəhəng qara dəlik kəşf etdi

Əfv sərəncamı kimlərə şamil olunacaq? - VİDEO

Dövlət Ehtiyatları Agentliyi sığortaçı seçir

Azərbaycan İlahiyyat İnstitutu auditor seçir

Aytən Səfərova ağır qəzaya düşdü - DYP-dən AÇIQLAMA

Fransa Azərbaycandakı səfirini geri ÇAĞIRDI

Bütün xəbərlər