siyaset
26.03.2018, 16:52
Prezidentdən Mədət Quliyevlə bağlı sərəncam
Prezident İlham Əliyev Mədət Quliyevin 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
DogruXeber.az xəbər verir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinin təmin edilməsi və milli maraqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə Mədət Qəzənfər oğlu Quliyev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.