Azərbaycanda birinci qrup əlili yatdığı yerdə yandırıldı










Bərdə rayonunda dələduzluqda və bədənə xəsarət yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Sənan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sənan Hüseynov 28 oktyabr 2014-cü il tarixdə Bərdə şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsində tanışı Şahin Abbasovun etibarından sui-istifadə edib.

O, "Kapital" bankın Bərdə filialından 2400 manat kredit pulunu özü ödəyəcəyi adı ilə Şahin Abbasovun adına götürüb. Lakin pulu ödəmədiyindən qeyd olunan məbləğ Şahin Abbasovun təqaüd kartından tutularaq bankın hesabına köçürülüb.

Nəticədə Sənan Hüseynov Şahin Abbasova 2400 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq edib.

Bundan başqa o, 17 fevral 2016-cı il tarixdə, təxminən saat 21 radələrində Şahin Abbasovun yaşadığı evə daxil olub. O, Şahin Abbasovun kürəyinə üç dəfə qaynar su töküb.

1-ci dərəcəli əlil Şahin Abbasov xəsarət alıb.

İstintaq orqanı Sənan Hüseynov barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və 178.1-ci (dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə) maddələri ilə ittiham elan edilib.

Bərdə rayon Məhkəməsinin hökmü ilə Sənan Hüseynov Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib və aylıq qazancının 15 faizi miqdarında pul dövlət nəfinə tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.

Məhkəmə Sənan Hüseynov barəsində Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsi ilə əlaqədar xitam verilməsi qərara alıb. Həmin maddə üzrə Sənan Hüseynova cəza təyin edilməyib.

Hökmdən narazı qalan zərərçəkmiş apelyasiya şikayəti verib. O, şikayətində Sənan Hüseynovun cəzasının ağırlaşdırılmasını istəyib.

Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə Sənan Hüseynovun apelyasiya şikayəti təmin edilməyib. Bu qərardan narazı qalan zərərçəkmiş kasasiya şikayəti verib.

Şahin Abbasovun kasasiya şikayəti araşdırılması üçün Ali Məhkəməyə göndərilib. Hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmişin kasasiya şikayəti üzrə araşdırma aparılıb.

Prosesdə çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi bildirib ki, ki, Sənan Hüseynovun əməli Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) maddəsi ilə tövsif olunmalıdır: "Hadisə vaxtı Şahin Abbasov yatıb. Sənan Hüseynov yatmış və yuxulu vəziyyətdə olduğu halda onun üstünə üç dəfə qaynar su töküb. Bədənini yandırmaqla ona güclü fiziki ağrı və psixi iztirab verib".

Nümayəndə qeyd edib ki, təqsirləndirilən Sənan Hüseynova Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham edilsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti onun təqsirindən deyil, istintaq və məhkəmə orqanının müddətləri qərəzli olaraq pozmaları nəticəsində keçib.

Zərərçəkmiş və prokurorun fikirlərini dinləyən hakim heyəti sonda qərar elan edib. Şahin Abbasovun kasasiya şikayəti təmin olunmayıb.

Mənbə: teleqraf.com


Oxunub: 591

Son xəbərlər

Reabilitasiya mərkəzi məşhur meyxanaçının müalicəsini öz üzərinə götürdü

Türkiyənin İsraillə bütün iqtisadi əlaqələri dondurmasının hansı təsirləri olacaq?

Rusiya şəkər ixracını dayandırdı

Zaxarova Ukrayna ilə "sülh formulu"nu açıqladı

Alimlər hipersəs küləkləri olan planet kəşf ediblər

Brent ucuzlaşdı

ABŞ hərbi bazası raketlərlə vuruldu

"ABŞ hegemon statusunu itirib" - Borrel

Bu yolda sürət həddi endirildi

Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb

Yenə həmin şirkət qalib oldu - FHN nazirin bacanağına 295 minlik tender verdi

Suvarma Sistemlər idarələrində korrupsiya bataqlığı - VİDEO

Taleh Qaraşov prezidentdən bu problemləri belə GİZLƏDİB

Elektrik və qazpaylayıcı şəbəkələrə qoşulma xidmətləri müəyyənləşdi

İcra başçısının oğlunun biznes şəbəkəsi - SİYAHI // FOTO

Kəlbəcərin Boyaqlı kəndinin ərazisi şəhərə birləşdiriləcək

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi - FOTO

Mövsümi depressiya ilə mübarizə aparmağın yolu!

Cahangir Hacıyev aclıq aksiyasına başlayıb

Bu xəbər Ermənistanı silkələdi: Göyçə və Zəngəzur Azərbaycana qaytarılır!

Elmar Vəliyevə qarşı terror törədən şəxslə bağlı qərar verildi

Elmar Məmmədyarov deputat olacaq? - AÇIQLAMA

"Nağıoğlu” MMC qanunsuz qum-çınqıl hasil edir? – Sahibkardan hərracda qalib olan şirkətə ittiham // FOTO + VİDEO

Azərbaycanda narkotikdən əziyyət çəkənlərin sayı açıqlandı

Kəlbəcərdə hərbçilər qəzaya düşdü

Hamiləlik zamanı siqaret çəkmək uşaqlarda buna səbəb ola bilər

Növbədənkənar parlament seçkiləri bu aylarda keçirilə bilər

İsrail Dəməşqə zərbələr endirdi

Şənbə günü hava necə olacaq?

Bütün xəbərlər