hadise
28.03.2018, 11:01
Bakıda şagirdlər arasında dava - 1 nəfər bıçaqlandı
Paytaxtın Nizami rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.
DogruXeber.az report-a istinadən xəbərinə görə, hadisə ötən gün günorta saatlarında Etibar Cəlilov adına 272 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbdə təhsil alan iki məktəbli arasında əlbəyaxa dava düşüb. Dava zamanı 2005-ci il təvəllüdlü Məmmədov Əli Gündüz oğlu üz nahiyəsindən bıçaqlanıb.
Yaralı "təcili tibbi yardım" maşını vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Nizami Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisəni törədən şəxs saxlanılıb.