dunya
28.03.2018, 10:13
Pentaqon Skripalın zəhərlənməsinin "əsl məqsədini" açıqlayıb
Rusiyanın Dövlət Təhlükəsizlik Xidmətinin sabiq polkovniki Sergey Skripalın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsində əsas məqsəd NATO-nun birliyinə nifaq salmaq olub.
"Associated Press"in verdiyi məlumata görə, bu fikri ABŞ-ın müdafiə naziri Ceyms Mettis bildirib.
"Ruslar o şeyi edirlər ki, onların fikrincə sonradan onu təkzib etmək mümkün olsun. Beləliklə onlar NATO-nun birliyini dağıtmağa çalışırlar. Rusiya məsuliyyətsiz fəaliyyətə gətirəcək rəqabət yolunu seçib",-deyə Pentaqon rəhbəri əlavə edib.
Qeyd edək ki, NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, alyans da rusiyalı nümayəndələrin sayını 30-dan 20-ə azaldacaq./faktxəbər