Qəzza zolağında baş verən toqquşmalarda ölən fələstinlilərin sayı 17-yə çatıb - YENİLƏNİB-1











İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda ölən fələstinlilərin sayı 17 nəfərə çatıb.


DogruXeber.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bəyan edib.

“Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə R.Mənsur qeyd edib.

Qeyd edək ki, ötən gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər. 30 mart Fələstin torpaqlarının işğalı ilə bağlı “Torpaq günü” kimi qeyd olunur.


Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.


***



23:54


Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 16 nəfərə çatıb

DogruXeber.az ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Son məlumatlara əsasən, kütləvi iğtişaşlar zamanı azı 1 400 fələstinli yaralanıb. Bundan əlavə, İsrail ordusu “HƏMAS” hərəkatı və “İslami Cihad” qruplaşmasının Qəzzadakı mövqelərini artilleriya atəşinə tutub.


Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib. Bu gün Qəzza zolağında ənənəvi "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.



***


20:53


Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 11 nəfər ölüb, 600-dən çoxu xəsarət alıb.

DogruXeber.az ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.


Oxunub: 823

Son xəbərlər

İntiqam Məmmədov 5 milyonluq qanunsuz obyektinə sənəd ala bilib? – VİDEO

"WhatsApp"da yeni era: Səsli mesajlar mətnə çevrilir

Milli Mətbuatın kökünə vurulan BALTA – Əhməd İsmayılov “mətbuat qəssabı” olaraq tarixə düşür

İki məşhur Müsavatçı deputatlığa namizəd oldu

Bakıda Xocalı qatilinə hökm oxundu - FOTO

FHN-də kürsü savaşı – Asiman Hüseynov Cəbrayıl Xanlarovu yerindən edir?

Dövlət Agentliyinin mətbuat xidmətinə rəhbər təyin olundu

FHN bu şirkətlərə 2 milyonluq - SİFARİŞ VERDİ

Seçki ilə bağlı Avropa Şurasına dəvət göndəriləcək?

Azərbaycan Paris Paralimpiadasına daha bir lisenziya qazandı

`Reo-Med` adlı QƏSSABXANA... CAN ALIR... - İLGİNC FAKTLAR

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq

Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

İcra başçısı Qızıldaşda daş-çınqıl qoymadı – FOTO

"CƏNNƏT" restoranında SKANDAL: restoranın sahibi dava saldı... - HƏBS OLUNDU

Mərhum şairin güldanı oğurlandı - Qızı kimdən şübhələnir?

Uşağa Aşura gününü savadlı şəkildə təbliğ ETMƏK LAZIMDIR!

Tovuz döyüşlərindən 4 il ötür

COP29: Quruyan Xəzər dənizi və Hacıqabul gölü problemi - İqlim dəyişikliyinə qarşı mübarizə

“Cavab almaq mümkün olmur…” – Vəkillər İnzibati orqanlardan ŞİKAYƏTLƏNDİ

"Laçın dəhlizini Paşinyan bağladı" - Keçmiş baş nazir

Makron Ermənistan-Azərbaycan sülh müqaviləsindən danışdı

Baş Prokurorluqda yeni təyinatlar - FOTO

İctimai nəqliyyatda tələbələr üçün güzəşt ola bilər

Azər Məmmədovun qanunsuz şirkətləri büdcəyə necə ziyan vurur? – İTTİHAM VAR…

Fəzail Ağamalının yerinə qızı deputatlığa namizəd olur? — Özündən AÇIQLAMA

“Dəmir Yolları”nda DƏMİR KİMİ YEYİNTİ… – RƏSMİ İFŞA…

"İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasına çalışırıq" - Ərdoğan

Rusiyadan İrəvan-Minsk münasibətləri ilə bağlı AÇIQLAMA

Bayden Zelenskiyə "Putin" adı ilə müraciət etdi

Bütün xəbərlər