Akademik “küçüy”ə görə üzr istədi, ancaq… – Eyvazlı













Bizim müraciətimiz əsasında AMEA-da toplantı keçirildi və həmin professor ciddi tənbeh edildi. Ramiz Məmmədov özü də bizdən üzr istədi, sadəcə, biz yazılı şəkildə üzrxahlıq məktubu gözləyirik.

Bunu Kult.az-a açıqlamasında Modern.azsaytının rəhbəri Elşad Eyvazlı deyib. Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədovun sözügedən saytın əməkdaşını təhqir etməsinə görə AMEA-ya göndərdikləri müraciətin nəticəsi ilə bağlı danışan Elşad Eyvazlı bildirib ki, qurum müraciəti cavablandırıb:

“AMEA-dan istəyimizi yerinə yetirəcəkləri barədə bizə söz verdilər və xahiş etdilər ki, məhkəməyə müraciət etməyək. İstənilən halda həm jurnalistlər, həm AMEA, həm millət vəkilləri bu məsələyə çox həssaslıqla yanaşdılar. Həmin şəxsin vəzifədə qalıb-qalmayacağı barədə məlumatım yoxdur. Bu artıq Akademiyanın öz işidir.

Ramiz Məmmədov jurnalistlərə qarşı təhqiramiz ifadə işlədibsə, AMEA qərar verməlidir. Akademiya həmin şəxsi işində saxlayacaqsa, deməli, bu qurum özü imkan verir ki, hansısa direktor jurnalistlərlə bu şəkildə danışsın. Əksi olsa, biləcəyik ki, bu qurum da hüquqlarımızın pozulmasının tərəfdarı deyil. Əgər rəsmi şəkildə üzrxahlıq məktubu gəlsə, məsələni böyütməməyə çalışacağıq”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktoru, professor Ramiz Məmmədov hava şəraiti ilə bağlı məlumat almaq istəyən jurnalistə açıqlama vermək əvəzinə, ölkə mediasında çalışan jurnalistlərin ünvanına təhqiramiz ifadələr işlədib. Təhqirin ünvanlandığı Modern.azsaytı sözügedən xoşagəlməz olaya görə AMEA-nın prezidenti Akif Əlizadəyə müraciət etmişdi.


Oxunub: 659

Son xəbərlər

İsrail Rusiya mümasibətləri soyuyur?

YUNESKO siyahısənda dəyişiklik olur

Susmaq imkanı olub susmayanlarımız - Dissinent Sabir Yanardağ

Buyurun tanış olun

Mehriban Əiyeva: “Türkiyə xalqının kədəri bizim kədərimizdir”

İsraildə etiraz mitinqi

Balaca qızcığaz dünyanı qəhərə boğdu

Zəlzələni “görən” adam

Tarixin “Avesta” qitəsi

Zəlzələnin başladığı anlar - VİDEO

Cənublu soydaşlarımızdan Türkiyəyə dəstək - VİDEO

Xilasedicilərimiz Türkiyədə

Naxçıvan sakinləri türkiyəyə yardım göndərdi - FOTO

Bakıda yardım toplanır - Birazdan Türkiyəyə yola düşəcək // FOTO

Spacetv-nin rəhbəri o oldu

Vidadi İsayevin unutduğu İKİ KƏND – Yol yox, su yox, işıq yox...

"Azərbaycan Qoşulmama Hərəkatının Zirvə Görüşünə ev sahibliyi edəcək" - Prezident

Azərbaycanlıların təxliyəsi üçün avtobuslar ayrıldı

Paşinyan 71 hərbi hissəni SATIŞA ÇIXARDI

Media Reyestri “Elektron hökumət” portalına qoşulacaq

2 aylıq körpə sağ çıxarıldı

Hava limanlarında könüllü izdihamı

"Siraqəddin Cabbarov üstümüzə qışqırdı" - Şəhid ailələrin etiraz edir // VİDEO

Fransanın bu jurnalı Türkiyədəki zəlzələni məsxərəyə qoydu

Dövlət Dəniz və Liman Agentliyindən gəmilərə XƏBƏRDARLIQ

Prezident yeni səfirlərin etimadnamələrini qəbul etdi - FOTOLAR

Ordumuzun bölmələrinə həyəcan siqnalı verildi - VİDEO

Dağıntılar altında uşaq dünyaya gətirdi

Ağlayaraq yardım istədilər

Bayden Polşaya səfər edəcək

Bütün xəbərlər