dunya
7.04.2018, 08:49
Rusiyada ev yanıb, 6 nəfər yanaraq ölüb
Rusiyanın Ussuriysk şəhərində fərdi evdə baş verən yanğın nəticəsində 6 nəfər ölüb
DogruXeber.az-ın REN TV-yə istinadən verdiyi xəbərə görə, yanğın söndürüldükdən sonra hadisə yerində 4 qadın və 1 uşağın meyiti aşkar edilib. Yanğın
zamanı xəsarət alan bir kişi isə xəstəxanada keçinib.
İlkin versiyaya görə, yanğına elektrik naqillərində yaranan qısa qapanma səbəb olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.