dunya
17.04.2018, 12:28
İrəvan küçələrinə zirehli texnikalar yeridildi - GƏRGİNLİK ARTIR - FOTO
Ermənistan paytaxtının Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib, digər küçələr isə tikanlı məftillərlə bağlanıb.
DogruXeber.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, prospektə xüsusi təyinatlı polis dəstələri, döyüş maşınları, suvuran avtomobillər yerləşdirilib.
Hadisə yerinə 50-60 avtobus polis gətirilib.