dunya
18.04.2018, 18:10
Sarkisyanın əleyhdarları axşam saatlarında daha bir mitinq elan edib
İrəvanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər.
DogruXeber.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu müxalif deputat, aksiyanın rəhbəri Nikol Paşinyan deyib.
N.Paşinyan bildirib ki, aksiyanın saat 19:00-da başlaması planlaşdırılır.
Xatırladaq ki, Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq İrəvanda və digər şəhərlərdə kütləvi aksiyalar aprelin 16-dan davam edir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var.