iqtisadiyyat
19.04.2018, 12:52
Bu il Azərbaycandan Gürcüstana 25 mln. dollarlıq elektrik enerjisi ixrac olunub
Bu ilin birinci rübündə Azərbaycandan Gürcüstana 24 mln. 780,2 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.
"APA-Economics” xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında qeyd edilib.
Ötən ilin analoji dövrü ilə müqayisədə Azərbaycandan qonşu ölkəyə elektrik enerjisinin ixracı məbləğ baxımından 1 mln. 115,3 min dollar və ya 4,7% artıb.
Qeyd edək ki, ötən il Azərbaycandan Gürcüstana 23 mln. 664,9 min dollar dəyərində elektrik enerjisi ixrac olunub.