Baş nazir postundan gedən Artur Rasizadə kimdir? (DOSYE)













Xəbər verdiyimiz kimi, bu gün prezident İlham Əliyev Baş nazir Artur Rasizadəyə xidmətlərinə görə təşəkkür edib. Onun bu gün istefaya göndəriləcəyi və Azərbaycanın yeni Baş nazirinin seçiləcəyi bildirilir. Yeni Baş nazirin kimliyi açıqlanmır.
Artur Rasizadə 26 fevral 1935-ci ildə Gəncə şəhərində anadan olub. 1952-ci ildə Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. Əslən Naxçıvan Muxtar Respublikasındandır.
İş fəaliyyətinə 1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə Azərbaycan Neft Maşınqayırması ETİ “AzİNMAŞ”-da mühəndis vəzifəsində başlayıb, sonradan böyük mühəndis, layihənin baş mühəndisi, şöbə müdiri, elmi işlər üzrə direktorun müavini vəzifələrində işləyibş
1973-1975-ci illərdə “Azneftsənayemaş” birliyində baş mühəndis, 1975-1977-ci illərdə “İttifaqneftmaş” ЕİB rəisinin birinci müavini-baş mühəndis, 1977-1978-ci illərdə “AzİNMAŞ” Neft maşınqayırması ETİ-nin direktoru olub.
1978-1981-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini, 1981-1986-ci illərdə AKPMK-də maşınqayırma şöbəsinin müdiri, 1986-1992-ci illərdə Azərbaycan Respublikası Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Azərbaycan Respublikası Baş nazirinin birinci müavini) vəzifələrində olmuşdur. 1992-1994-ci illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994-1996-cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib.
1996-cı ildə Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 1996-cı ilin may ayından Azərbaycan Respublikası Baş nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş nazir, 2003-cü ilin avqust – noyabr aylarında Baş nazirin birinci müavini vəzifələrində işləyib.
2003-cü ilin noyabr ayından yenidən Azərbaycan Respublikasının Baş naziridir.
Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidinqardaşı nəvəsidir. Atasını vaxtsız itirib. 7 yaşında atası Böyük Vətən Müharibəsində (Krım şəhərində) həlak olub.
Baş Nazir həm də peşəkar şahmatçıdır. Sovetlər dönəmində şahmat üzrə keçirilən çoxsaylı çempionatlarda qalib olub.
Artur Rasizadənin bir oğlu var. Oğlu isə bağlı isə ictimaiyyətdə heç bir məlumat yoxdur. (Qaynarinfo)


Oxunub: 1 291

Son xəbərlər

Deputatın oğlunun şirkəti 300 min manata yaxın vergi borcunun niyə ödəmir?-Rəsmi araşdırma

Rəcəb Babaşovun oğluna “77-RR-777″nömrəli “Range Rover” doğum günü hədiyyəsi…-Video

İcra Hakimiyyəti 382 hektar sahəni mal-qarası olmayan şəxsə verib? - Şəmkirdə "otlaq qalmaqalı"

Karqo şirkətlərinə xəbərdarlıq edildi

Apteklərlə bağlı yeni qaydalar: 200 manat cərimə...

Prezident Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub

Nəcməddinin “əməliyyatı”: 1337 əsgərmiz donub ölmüşdü…

Bakı-Tbilisi qatarı bu tarixdən açılır

Yol tikintisi zamanı üzərinə armatur düşdü, öldü

Səhərlər hiss edilən bu vəziyyət xərçəngin ilk əlaməti ola bilər

Müştərilər “Bolt”dan narazıdır… “Sürücüləri kobud, narkomandır…”

Bakıda hansı rayonlarda binaların söküləcəyi məlum oldu

"Enjoy Club"dan vəzifəli şəxslər niyə qovulub?

Qoşqar Təhməzli ilə Mədət Sadıqovun tender oyunu-13 milyon manat.....

Fərid Qayıbov bu vəzifədən uzaqlaşdırıldı

Məmməd Məmmədovun PLANI: İki kəndi bir-birinə DÜŞMƏN ETDİ

Onlar da Marsa göndərilir: Mask planları açıqladı

Rusiya ilə Hindistan arasında hərbi saziş imzalandı

Prezident və xanımı Ağdamda açılışda iştirak etdi

Sabah yenə yağış yağacaq

İlham Əliyev və Mehriban Əliyeva Ağdama səfər etdi

Vətəndaşlar içki və siqaretə nə qədər pul xərcləyirlər?

Vardanyana Prokurorlar subut etdi ki…..

Dollar almaq istəyənlərin nəzərinə

Gündüz yuxusunun beyin üçün faydası

“Yeni Klinika” bu işləri “Arash Medical Company” QSC-yə verdi

Qida Təhlükəsizliyi Agentliyinin 190 minlik tenderi ləğv edildi

Baba Rzayevin oğlu Mərdəkanda yeni ticarət obyekti tikir – Sənəd

Azərbaycan nefti bahalaşdı

Ödənişli yoldan istifadə edənlər üçün daha bir yenilik - VİDEO

Bütün xəbərlər