Sərkisyan elan edir: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”









Ermənistanda artıq onuncu gündür Serj Sərkisyanın baş nazir olmasına qarşı etirazlar davam edir. Etiraz hərəkatının lideri, deputat Nikol Paşinyan bir neçə gün əvvəl seçildiyi baş nazir postundan Sərkisyanın istefasını tələb edəndən sonra o, ilk dəfə hakimiyyətdən hansı şərtlə əl çəkə biləcəyini açıqlayıb.

Serj Sərkisyan ötən gün aprelin 21-də bu barədə danışıb. Bildirib ki, onun baş nazir olması olduqca aydın vəziyyətdən qaynaqlanırdı.



“Mənim tərəfimdən baş nazir vəzifəsini tutmaq bir sadə səbəbdən irəli gəlib. Bu geosiyasi mürəkkəb regionda və çoxsaylı çağırışların meydana çıxdığı bir vaxtda ölkənin təhlükəsiz inkişafını təmin etmək və Qarabağ probleminin layiqli nizamlanmasına yönəlmiş səyləri davam etdirmək”-Serj Sərkisyanın “Luis” təhsil fondunun məzunlarının sorğusuna verdiyi cavabda belə deyilir.

Sərkisyana görə bu problemlər “həll olunandır” və ancaq Qarabağ probleminin “layiqli həllindən” sonra hakimiyyətin sükanını başqa adamlar götürə bilər.



Bu, Serj Sərkisyanın faktiki olaraq uzun müddət hakimiyyətdən əl çəkmək niyyətinin olmadığını göstərir. Çünki onun 10 illik hakimiyyəti dövründə Qarabağ probleminin həllində ancaq geriləmə baş verib və məhz Serj Sərkisyanın siyasəti nəticəsində bu məsələnin dinc yolla həlli çıxılmaz dalana dirənib. O zaman Serjikin məntiqinə əsasən Qarabağ problemi ilə istənilən qədər bu cür manipulyasiya etmək və hər dəfə küçələr onu istefaya çağıranda problemin hələ həll olunmadığını əsas gətirərək hakimiyyətdə qalmaq olar. Hansı ki, Serj Sərkisyanın da aid olduğu Qarabağ klanı Ermənistanda hakimiyyəti məhz bu münaqişə sayəsində ələ keçirib.Virtualaz.org




Sərkisyan elan edir: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”



Sərkisyan elan edir: “Nə qədər ki Qarabağ var, hakimiyyətdə mən olacağam”


Oxunub: 532

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər