dunya
23.04.2018, 08:56
Antoniu Quterreş BMT TŞ-də struktur problemlərin olduğunu etiraf edib
BMT-nin baş katibi Antoniu Quterreş Təhlükəsizlik Şurasında struktur problemlərin olduğunu etiraf edib.
DogruXeber.az-in SVT telekanalına istinadən verdiyi xəbərə görə, A. Quterreş, Təhlükəsizlik Şurasının dünyadakı güc balansını artıq əks etdirmədiyini və müasir reallıqlara cavab vermədiyini qeyd edib.
Baş katib həmçinin bəzi ölkələrin veto hüququndan sui-istifadə etdiyini də vurğulayıb.
A. Quterreş qeyd edib ki, Təhlükəsizlik Şurasının işinə dəyişikliklər edilmədən qurumun tam islahatlaşdırılması mümkünsüzdür.