Manat sabit qaldıqca, dollarlaşma azalır – TƏHLİL













İqtisadiyyatda ən mühüm amillərdən biri milli valyutaya inam məsələsidir. Milli valyutanın tez-tez dəyərdən düşməsi ölkənin ixrac potensialının zəif olduğu və yaxud ondan düzgün istifadə ollunmadığının göstəricisidir. İqtisadi artımın enməsi də milli valyutanın dəyərinə mənfi təsir edir. Dünyanın bır sıra aparıcı valyutaları məhz bu üzdən dəyərdən düşür.
Manat artıq 1 ildən çoxdur sabit kurs nümayiş etdirir. Bu da ölkədə aparılan bir sıra iqtisadi və maliyyə islahatlarının, o cümlədən, dünya bazarlarında neftin qiymətinin sabitləşməsi nəticəsində baş tutub. Ümumiyyətlə, manatın dəyəri keçən ildən sabitləşdi. Hansı ki, ilin əvvəlində manat dollara nəzərən hətta 1,92 azn-dək ucuzlaşmışdı. Lakin sonradan il ərzində tədricən sabitləşmə başlandı və 2017-ci ilin tam sonunadək manat 4%-dək möhkəmləndi. Bu, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olundu.
2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib. Belə ki, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31% artıb, qeyri-neft ixracı 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir. Bütün bunlar da o deməkdir ki, manat özünə inamı qaytarmaq üzrədir.

Manata inamın bərpa olunması özündə dedollarizasiya prosesini ehtiva edir. Dollarlaşmanın əksi olan bu tendensiya milli valyutanın dəyərinin möhkəmlənməsi tempinə bağlıdır və onunla paralel müşahidə edilir. Odur ki, manatın kursunun sabit qalması istər-istəməz dedollarizasiyanı da şərtləndirir və birmənalı olaraq qeyd edə bilərik ki, ölkə iqtisadiyyatında həm də bu proses müşahidə olunmaqdadır. Şübhəsiz ki, bu da birinci növbədə özünü həm də banklarda göstərməlidir və göstərir də… Xatırladım ki, 2015-ci ildə məlum səbəblərlə bağlı əhali banklardakı əmanətlərini manatdan dollara çevirirdi. Artıq bu neqativ hal çoxdan səngiyib. Ümumiyyətlə, manata inam bərpa olunub möhkəmləndikcə, əks tendensiyanın da baş verəcəyi də istisna edilmirdi və bu, indi aşkar qeydə alınır.

Məsələn, Mərkəzi Bankın (AMB) məlumatına görə, bu ilin martın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 7 milyard 750,3 milyon manat təşkil edib. Əmanətlərin 62,1%-i xarici, 37,9%-i isə milli valyutada olub. Milli valyutada olan əmanətlər əvvəlki ilin müvafiq dövrünə nisbətən iki dəfə artıb. Xarici valyutada əmanətlər isə 14,6% azalıb. Halbuki, Azərbaycanda əhalinin bank əmanətləri üzrə dollarlaşma dərəcəsi 2018-ci il yanvarın 1-nə 66,26% təşkil edirdi. Yanvar ayında bu göstərici 66,5%, dekabrda 68,99%, ötən il fevralın 1-nə isəi 81,25% idi.

Manatın məzənnəsinin sabit qalması inflyasiya səviyyəsinə və inflyasiya gözləntilərinə azaldıcı təsir göstərən mühüm amillərdən biri olmaqla yanaşı, əhalinin əmanətləri üzrə dollarlaşmanın azalması prosesinin sürətlənməsi də özünü göstərib. Bəs, bu, davam edəcəkmi?

Doğrudur, bir sıra xarici maliyyə qurumları Azərbaycanın bank sektorunda dollarlaşma səviyyəsinin hələ yüksək olaraq qalacağını bildirirlər. Lakin onlar özləri də etiraf edirlər ki, AMB ehtiyac yarandığı təqdirdə valyuta bazarına müdaxilə edə və manatın dəyərsizləşməsinin qarşısını ala bilər. Eyni zamanda, hökumətin büdcə-vergi siyasəti iqtisadi artımı dəstəkləyir. Eləcə də, Neft Fondundan büdcəyə transfertlər dövlət investisiya layihələrinin reallaşdırılmasına şərait yaradır. Və bu da dedollarizasiya prosesinin davam etməsi üçün möhkəm sütun yaradır.

Sözsüz ki, bu məsələdə bankların da üzərlərinə böyük məsuliyyət düşür. Son 3 il ərzində ölkənin bank sektoru çox ağır dönəm yaşayır. Verilən kreditlər ümumiyyətlə, geri qayıtmır. Əmanət cəlbi 2015-ci ildən sonra minimuma enib. Əhalinin böyük bir qrupu banklardan əmanətini geri götürdü və bu, bankların kapital vəziyyətinə pis təsir göstərdi. Həmçinin, banklara yerləşdirilən vəsaitlərin həcmi azaldı.

Hələ bununla bərabər, banklar manatla əmanət cəlbini stimullaşdırmaq məqsədilə bir sıra güzəştlərə getmək zorunda qaldılar. Belə ki, Əmanətlərin Sığortalanması Fonduna üzv banklarda qəbul edilən əmanətlər illik faiz dərəcəsi xarici valyuta üzrə 3% və milli valyuta üzrə isə 15% olmaqla (3 (üç) il müddətinə) sığortalanır. Buna bankların əslində, real olaraq imkanları varmı? Sözsüz ki, yox…

Odur ki, dollarlaşma səviyyəsinin daha sürətlə azaldılması üçün bank sektoru da təcili böhrandan çıxmalıdır. Yəni, əhalinin banklara inamının necə və nə dərəcədə bərpa olunacağı tendensiyasından da çox şey asılıdır. Buna çox qısa zaman kəsiyində nail olunmalıdır. Çünki əmanətlərin az cəlb olunması prosesi iqtisadiyyat üçün təhlükəlidir.

Əhali üçün sərbəst vəsaitlərin ən təhlükəsiz və effektiv saxlanılması yeri, banklardır. Lakin ayrı-ayrı vaxtlarda banklarla bağlı baş verən bəzi proseslər buna mütləq həqiqət kimi yanaşmağın düzgün olmadığını göstərdi. Bununla belə, istənilən bank həmişə özünə inamı qoruyub saxlamağa çalışır və fəailiyyətinin əsas istiqamətlərindən birini bu amil təşkil edir. Çünki bank pul müəssisəsidir, sərbəst vəsaitləri cəlb edərək, dövriyyəyə buraxmaq üçündür.

Üstəgəl, bizdə kommersiya banklarının verdikləri kreditlər əsasən, 3 mənbə hesabına formalaşır: AMB-in vəsaiti, xarici maliyyə qurumlardan alınan maliyyə vəsaitləri ilə əhalidən cəlb olunan vəsaitlər, yəni depozitlər. Bunların sırasında ən çox paya malik olan sonuncudur – yəni, əhalidən cəlb edilən əmanətlər… Manatla əmanət cəlbi isə həm də manatla kredit təklifi deməkdir./azinforum.az

Pərviz Heydərov


Oxunub: 559

Son xəbərlər

Bu şəxslər 12 min manat CƏRİMƏLƏNƏCƏK

Azərbaycan və Misir prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sabaha olan hava proqnozu AÇIQLANDI

Azərbaycan-Misir sənədləri imzalandı

Sumqayıtın bitməyən dərdi - "Şikayətimizi kimə deyək?" // VİDEO

Ermənistanda qadınlar üçün könüllü hərbi xidmət yaradılır

78 müharibə iştirakçısı etiraza qalxdı - VİDEO

Azərbaycanda 48 mindən çox uşaqda xəstəlik aşkarlanıb - RƏSMİ

Bölmələrimiz döyüş hazırlığı üzrə məşğələlər keçir - VİDEO

Tehrandakı səfirliyimizdə terrorçunu zərərsizləşdirən Vasif əməliyyat olundu

Misir Prezidentinin rəsmi qarşılanma mərasimi olub

İspaniya yazda Ukraynaya Leopard tankları göndərəcək

Neft ucuzlaşdı

Donald Gerye Bakıdadır

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - Yeniləndi

Xırdalanda su kəsiləcək

Azadlıq Partiyasının səfirliyə hücumla bağlı bəyanatı

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların vəziyyəti AÇIQLANDI

Dolların məzənnəsi sabit qaldı

Şəhid olan Orxan Əsgərovun qohumlarının fəryadı — VİDEO

Abşeronda qəriibə hadisə

"Xain hücuma görə bütün məsuliyyət İran tərəfinin üzərinə düşür" - Milli Məclis

“Azərbaycan səfirliyinə hücum xəbərindən sarsılmışıq” - Rusiya səfirliyi

Göyçayın bu sakin Azərbaycana gələ bilmir - VİDEO

Asteroid 2023 BU: Kosmik qaya bəzi peyklərdən daha yaxından keçir - FOTO

SENSASSİYA! Azərbaycan səfirliyinə xain hücumu bu ölkə təşkil edib

Təmizlik işciləri dayanacaqlarda toz qaldırırlar - GİLEY

"Azneft"də sürücülər NİYƏ NARAZIDIR?.. - YEYİNTİ İTTİHAMI...

"Bizim pullarla Türkiyədə özünə villa, ev, obyekt alır" - "Korkmaz Group"un sahibindən şikayət

Fond Əhməd Əhmədzadənin oğlunun şirkətindən ofis icarəyə götürür – 90 minə...

Bütün xəbərlər