“Məişət Maye Qaz” ötən il satışdan 16 mln. manatdan çox gəlir əldə edib













Məişət Maye Qaz” QSC-nin 2017-ci ilin yekunlarına görə illik hesabatı açıqlanıb.

2017-ci ilin dekabrın 31-nə şirkətin balans dəyəri 14 mln. 637,842 min manat olub. 2016-cı il ilə müqayisədə 2017-ci ildə “Məişət Maye Qaz”ın alıcılar və sifarişçilərinin debitor borcları 2,189 mln. manat və ya 48,7% azalaraq 2 mln. 306,732 min manat təşkil edib.


“Məişət Maye Qaz” 2016-cı il ilə müqayisədə ötən il vergilər üzrə ödənişləri 388,328 min manat və ya 29,76% artırıb. Şirkətin ötən il işçi heyət üzrə xərcləri 1 mln. 795,463 min manat, işçi heyəti üzrə sosial sığorta ayırmaları 393,722 min manat təşkil edib.

Müqayisə olunan dövrdə “Məişət Maye Qaz”ın qısa müddətli kreditor borcları 8,8 dəfə və ya 6 mln. 110,622 min manat azalaraq 782,999 min manat olub. Ötən il şirkətin əsas fəaliyyət üzrə satəşdan gəlirləri 16 mln. 367,853 min manat olub.


2017-ci ildə “Məişət Maye Qaz” 602,259 min manat xalis mənfəət əldə edib ki, bunun da 120,452 min manatı mənfəət vergisinə yənəldilib. “Məişət Maye Qaz” QSC-nin 2017-ci ilin nəticələrinə görə səhmdarlara (təsisçilərə) cəmiyyətin 2017-ci ilin yekunlarına görə ümumilikdə çatacaq (ödənilməmiş) 481 min 807,14 manat məbləğdə xalis mənfəət QSC-nin 2017-ci il üzrə istehlak fondu xərclərinin bağlanmasına yönəldiləcək.


Qeyd edək ki, “Məişət Maye Qaz” maye qazın alınması, satışı və nəqli, maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyəti ilə məşğuldur. /apa


Oxunub: 645

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər