hadise
1.05.2018, 05:44
Mənzildə köməksiz qalan - azyaşlı xilas edilib
Paytaxtda köməksiz vəziyyətdə qalan 1 azyaşlı xilas edilib.
DogruXeber.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin edib.
Əməliyyat başa çatıb.