dunya
1.05.2018, 04:44
Trampla Makron İran və Suriyanı müzakirə ediblər
ABŞ prezidenti Donald Tramp və Fransanın dövlət başçısı Emmanuel Makron arasında telefon danışığı olub.
DogruXeber.az-ın məlumatına görə, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilir.
“Prezident Donald Tramp bu gün Fransa prezidenti Emmanuel Makronla Suriya və İranla bağlı vəziyyət müzakirə edib”, məlumatda deyilir.