“Neftin qiyməti yenidən ucuzlaşacaq” – EKSPERT













Son günlər ABŞ dolları dünya bazarında aparıcı valyutalara, o cümlədən avroya nisbətən möhkəmlənməkdədir. Bir müddət öncə 1 avro almaq üçün 1.24 ABŞ pulu ödəmək lazım idisə, indi Avropanın vahid valyutasının məzənnəsi 1.20-dən da aşağ düşüb.

İqtisadçı-ekspert Vüqar Bayramov bununla bağlı bildirib ki, ABŞ-da elan edilən iqtisadi göstəricilər fonunda Federal Ehtiyatlar Sisteminin uçot dərəcəsi ilə bağlı əvvəlki artım qərarları və eləcə də Avropa Mərkəz Bankının uçot dərəcəsini dəyişməz saxlaması və sentyabradək aylıq 30 milyard avroluq qiymətli kağızlar alması (Quantitative easing-QE) prosesinin davam etməsi qlobal valyuta bazarına təsirsiz ötüşmür.

“Avropa Mərkəzi Bank pul siyasəti faizini 0%-də, depozit faizini mənfi 0.40%-də, marginal borcvermə faizini isə 0.25%-də saxlayıb. Brüsseldən və Vaşinqtondan yeni xüsusi bəyanatlar gəlməyəcəyi halda qlobal bazarda yaxın günlərdə stabilləşmə əldə ediləcəyi gözlənir”.

V.Bayramov qeyd edib ki, dolların möhkəmlənməsi neftin dünya bazar qiymətinə təsirsiz ötüşmür: “Hələlik neftin qiymətində kəskn azalmalar müşahidə edilməsə də “qara qızılın” mövqeyi müəyyən qədər yumşalıb. Bununla belə, dolların möhkəm kursunu qoruyub saxlayacağı və Yaxın Şərqdə siyasi stabilliyin əldə ediləcəyi halda neftin qiymətlərində azalmaların olacağı gözlənilir. Qlobal bazardakı mövcud tələb və təklif tarazlığı fonunda neftin qiymətinin yenidən azlması ehtimalı yüksəkdir. Neftin qiymətini hələlik daha çox siyasi səbəblər və xüsusən də Suiya və İran ətrafında baş verənlər yüksək saxlayır”.


Oxunub: 1 125

Son xəbərlər

Xətai rayonunda Vətən Müharibəsi Qəhrəmanının büstünün açılışı oldu – FOTOLAR

“Poz-Qazan” camaatın ÖZ QAZANINI NECƏ BOŞ QOYUR... - VİDEO

Üstü bəzək, altı təzək BƏRDƏMİZ... - VİDEO

Daha bir bələdiyyə sədri iki vəzifəni icra edir - Qanunlar “çeynənib”?

Ramin Abdullayevlə tender şirkətləri arasında PUL DAVASI... - BU NƏDİ BELƏ?!

“Oğlum xəstə ola-ola əsgər aparıblar” – Cəlilabad sakinindən şikayət – FOTO

Trampın müşavirləri dollardan imtina edən ölkələrə qarşı sanksiyaları müzakirə edir

Ağ Evi ruhi xəstəxana adlandırdı

AFFA "Qarabağ"ı cərimələdi

Tramp onu "Böyük insan" adlandırdı

Naxçıvan Nazirlər Kabinetinə yeni Aparat rəhbəri təyin edildi

Bakıda 32° isti olacaq

Həkimlərin əməliyyat görüntülərini paylaşması nə dərəcədə düzgündür?

Prezident niyə Berlinə Füzulidən uçdu? — 3 mesaj

Sağlamlıq haqqında arayış elektron şəkildə veriləcək — TƏBİB

Şirkət rəhbərinin ölkədən çıxışına "stop" qoyulur

Xanım jurnalistə vəzifə verildi

Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu

Bakıda özəl klinikada əməliyyat olunan yeniyetmə öldü

"Neft-qaz sahəsində uzun illər Avropa bazarlarına nəql ediləcək resurslarımız var"

Blinken Çin lideri ilə görüşəcək

Türkiyədə 49 ölkədən hərbçilərin iştirakı ilə təlimlər başlayıb

Bu şəxslərin təhsil haqlarından azad edilməsi ilə bağlı yaş həddi dəyişdirilə bilər

"Azərbaycan Prezidentinin aparatı ilə əlaqə davam edir" - Paşinyanın ofisi

Əlilliyi olan şəxslərlə bağlı ayrıca hesabat hazırlansın - TƏKLİF

"NATO Ukraynaya vəd etdiyi hərbi yardımı göndərməyib" - Stoltenberq

Bu günün valyuta məzənnələri

Bir gün əvvəl nazir postundan istefa verdi, həbs edildi

Bu gün Ağdamdakı Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətini dayandırır

Azərbaycan nefti ucuzlaşdı

Bütün xəbərlər