iqtisadiyyat
5.05.2018, 15:07
Azərbaycan vətəndaşları yenidən dollara inanmağa başladı – dollarizasiya artdı
Azərbaycan əhalisinin banklardakı əmanətlərinin məbləği bu il martın 1-nə 7 mlrd. 657,2 mln. manat təşkil edib ki, bunun da 4 mlrd. 906,1 manatı xarici valyutadadır. Beləliklə xarici valyutada yerləşdirilmiş əmanətlər 64%-ə çatıb.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu nisbət martın 1-də 62,1% olub.
BU da öz növbəsində martda əmanətlərin dollarlaşması 2% artıb.