Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR













Bu gün görkəmli Azərbaycan alimi, Bakı Dövlət Universitetinin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı, Əməkdar Elm Xadimi, "Şöhrət" ordenli akademik Rəfiqə Əliyevanın I Fəxri xiyabanda qəbirüstü abidə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirdə mərhumun ailə üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimi giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın Azərbaycan kimya elminin inkişafındakı müstəsna xidmətlərindən bəhs edib.

Görkəmli alimin Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasının yaradıcısı və rəhbəri kimi məhsuldar elmi-pedaqoji fəaliyyət göstərdiyini, analitik kimya sahəsində ilk qadın akademik kimi elmi məktəb formalaşdırmağa nail olduğunu, bu məktəbin yetirmələrinin hazırda kimya elminə öz töhfələrini verdiklərini vurğulayıb. Akademik Rəfiqə Əliyevanın böyük nəslin layiqli nümayəndəsi olduğunu deyən rektor onun kiçikdən böyüyə hamıya - tələbələrə, müəllimlərə, tədqiqatçılara xeyirxah münasibətilə fərqlənən gözəl insan kimi xidmətlərindən danışıb.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə, millət vəkili Elmira Axundova, Milli Nüvə Tədqiqatları Mərkəzinin sədri, akademik Adil Qəribov, millət vəkili Rəfael Hüseynov, Azərbaycanın əməkdar memarı Rasim Əliyev, tanınmış Azərbaycan heykəltəraşı, xalq rəssamı Natiq Əliyev çıxış edərək akademik Rəfiqə Əliyevanın dəyərli alim, xeyirxah insan kimi əməllərindən danışıb, onun haqqında xatirələrini bölüşüblər.

Sonda mərhumun ailəsi adından çıxış edən qızları - Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova və BDU-nun ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva mərasim iştirakçılarına təşəkkür ediblər. Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 2017-ci il mayın 6-da ömrünün 85-ci ilində vəfat edib. Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb.

Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960–1963-cü illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub.

O, 2001-ci ildən yaradıcısı olduğu Ekoloji kimya və ətraf mühitin mühafizəsi Elmi tədqiqat laboratoriyasına rəhbərlik edib. Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib./Unikal.org

Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR
Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR
Nazirlər də qəbirüstü abidə kompleksinin açılışına gəldilər - FOTOLAR


Oxunub: 788

Son xəbərlər

Kamran Əliyev Şabranın prokurorunu İŞDƏN ÇIXARDI

Şuşada bina tikmək istəyənlərin nəzərinə - Şərtlər açıqlandı

“Nar” BMT-nin dayanıqlı inkişaf məqsədlərini dəstəkləyən Qlobal Sazişinə qoşuldu

Şagirdlərə “mərsiyə” ifa etdirən müəllimdən növbəti təhlükəli ÇAĞIRIŞ - BU QADIN TƏHLÜKƏLİDİR!!!

Sabah Qaradağ rayonunun bəzi yerlərində qaz olmayacaq

Təhsildə HAVARİ ÜSULU: 10 minə imtahan pulu... - İLGİNC İDDİA

Peşəkar vəkil Adəm Məmmədov Azərbaycan Yazıçılar Birliyinin üzvü seçildi-Foto

"Baku Elektroniks"in bitməyən "macəralar"ı...

Namiq Zeynalovun “qara kassası” olan Elnarə Həsənova kimdir? - İTTİHAM VAR!

İcra başçısı 40 min rüşvət istəyir… - “Binəqədinin də öz prezidenti var”

Prezidentdən 1,4 milyonluq SƏRƏNCAM

Məhkəmə Sahil Babayevin DTX tərəfindən saxlanılan əmisi oğlu ilə bağlı QƏRAR VERDİ

İlham Əliyev dövlət büdcəsinə dəyişiklikləri TƏSDİQLƏDİ

Rusiya quru sərhədlərini açır

Bakıda adam oğurluğu - Saxlanılanlar var

Ginekoloq - cərrah Elnurə Mustafayevanın həyata keçirdiyi süni mayalanma əməliyyatının ağır fəsadları - İDDİA

İki ildə Qarabağın bərpasına nə qədər pul ayrılıb?

Seda Seyan ilk dəfə qayınanası ilə fotosunu paylaşdı

I və IV ixtisas qrupları üzrə imtahana qeydiyyat başa çatır

35 yaşlı qadın ATU-nun klinikasında İNTİHAR ETDİ

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldu

Neft ucuzlaşdı

Ukraynanın Lisiçansk şəhəri Rusların əlinə keçdi

Ceyhun Bayramov İrana getdi

Marketlərdə şəkər tozu yoxa çıxdı, qiymətlər artacaq? - “Azərsun”dan AÇIQLAMA

AİJF-nin adı dəyişdirilib, quruma yeni prezident seçilib

Azərbaycan-Türkiyə birgə peşə məktəblərinin fəaliyyətə başlayacağı vaxt bəlli oldu

Operativ Qərargah TƏCİLİ MƏLUMAT YAYDI: BU GÜN...

Laçın şəhəri bu tarixdə Azərbaycana veriləcək - BÜTÜN DETALLAR AÇILDI

Azərbaycana ən çox dollar gətirən 10 şəxs kimdir? – Adlar

Bütün xəbərlər