gundem
8.05.2018, 13:31
“Haqq-ədalət yerini tapdı” – Rəqsanənin qızı
Bir müddət əvvəl Nəsimi rayonunda 1 saylı körpələr evindən video çəkərək instaqramda paylaşan və oğurluq faktı olduğunu iddia edən Aysun İsmayilova müəssisənin baş həkimi Nəhayət Əliyevanın işindən kənarlaşdırılmasına münasibət bildirib.
Gənc ifaçı “Qafqazinfo”ya mövzu ilə bağlı qısa olaraq açıqlama verib. O, haqq-ədalətin qalib gəldiyini bildirib: “Bu mövzuda heç kəsə açıqlama vermirəm. Bir onu deyə bilərəm ki, haqq-ədalət öz yerini tapdı”.