Hüseyn Abdullayev siyasi məhbus elan oluna bilərmi…













Mirvari Qəhrəmanlı: “Ona siyasi məhbus deməyə heç bir əsas yoxdur”
Türkiyədə saxlanılaraq Azərbaycana ekstradisiya edilən “Quska” ləqəbli, biznesmen, sabiq deputat Hüseyn Abdullayevin istintaqı ilə bağlı onun vəkilləri susur. Sabiq deputatın işindəki son durumla bağlı onun vəkili, eləcə də ona yaxın şəxslərdən məlumat öyrənmək mümkün deyil. Sanki “Quska” tərəfindən bu şəxslərə danışmamaq üçün embarqo qoyulub.

Bu da bəzi iddialara yol açıb. Belə iddia olunur ki, 11 il öncə olduğu kimi, H.Abdullayev yenə də “bağışlanması” üçün hərəkətə keçib. Onun anasının bu istiqamətdə addımlar atdığı iddia olunur. “Sonuncu ölən ümidlərdir” düşüncəsi ilə “Quska”nın azadlığa çıxmaq üçün bütün yollara baş vurduğu iddia olunur.

Hazırda 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat ətrafındakı söz-söhbətlər təkcə bunlarla bitmir. Ölkə daxilində fəaliyyət göstərən bəzi hüquq-müdafiə təşkilatlarının, eləcə də hüquqla əlaqələri olmasa da, özlərini hüquq müdafiəçisi adlandıran şəxslərin biznesmenin maliyyəsindən faydalanmaq üçün onu siyasi məhbus elan edə biləcəkləri ehtimal edilir. İndiyə qədər Azərbaycan praktikasında belə təcrübələr çox olub. Hakimiyyətdə təmsil olunub, sonradan korrupsiya hallarına, müxtəlif cinayət əməllərinə yol verdikləri üçün həbs edilən iri ranqlı məmurlar bir anda müxalifət düşərgəsinin “qəhrəmanı”na çevriliblər, onların həbsində insan haqlarının pozulması görüntüsü yaratmağa cəhdlər edilib və sonunda da həmin şəxslər siyasi məhbus elan ediliblər.

Mirvari Qəhrəmanlı ile ilgili görsel sonucu

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı indiki vəziyyətdə H.Abdullayevin siyasi məhbus elan olunması üçün heç bir əsasların olmadığını söylədi: “Kimsə hazırda analiz etmədən, situasiyanı qiymətləndirmədən, bütün proseslər barədə ətraflı məlumat almadan hər hansı bir hüquq müdafiəçisi və ya özünü hüquq müdafiəçisi adlandıran istənilən şəxs Hüseyn Abdullayevi siyasi məhbus elan etsə, bu düzgün olmayacaq. Siyasi məhbus o şəxsdir ki, həbsində, ona verilən cəzada siyasi motivlər olsun. Hüseyn Abdullayev haqqında ötən dəfə sizə verdiyim açıqlamada bildirmişdim ki, onu ilk dəfə həbs ediləndə niyə azadlığa buraxdılar. Burada yaranan əsas müəmma budur. Çox güman ki, o, üzərinə götürdüyü öhdəliyi pozub. Onu yenə əvvəlki ittihamlar üzrə suçlayırlar. Həmçinin Avropadakı ”söyüş müxalifəti”nə dəstək verməkdə günahlandırırlar. Onun öncəliklə cinayəti sübut olunmalıdır. Burada çoxsaylı suallar var. Bu sualların cavabı məhkəmə prosesində tapılacaq. Müşahidələr əsasında bunlar məlum olacaq. Məhkəmə prosesinin monitorinqi aparılmalıdır. Apelyasiya Məhkəməsi də bitəndən sonra məlum olacaq ki, Hüseyn Abdullayev siyasi məhbusdur, ya yox. Çünki ona qarşı müxtəlif yanaşmalar var. Hamımız bilirik ki, vaxtında iqtidarın önəm verdiyi şəxslərdən olub. Mitinqlərdə iştirakçılara zorakılıq etdiyi barədə hər zaman fikirlər səslənir. Bu baxımdan ona siyasi məhbus deməyə heç bir əsas yoxdur. Özü də Hüseyn Abdullayev hələ məhbus deyil, sadəcə, saxlanılıb. İlkin olaraq ittihamlar irəli sürülüb. O zaman məhbus olacaq ki, üzləşdiyi ittihamlar sübut olunsun. Onun məhkəməsində çalışacam ki, iştirak edim. Ondan sonra suallara rahat cavab vermək imkanım olacaq”.

musavat.com


Hüseyn Abdullayev siyasi məhbus elan oluna bilərmi…


Oxunub: 540

Son xəbərlər

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Qubanın 2- ci Nügədi kəndində gizlənən 10 milyonluq “Macara” oteli: Qubalıların başına hansı məcaraları gətirir? - VİDEO

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

İranda vəbaya yoluxma artıb

İlham Əliyev Pakistan Senatının sədrini qəbul edib

Sabah 38° isti olacaq

Mərhum qazinin ailəsi 9 ildir sığorta pulu ala bilmir - GİLEY

Rüstəm Usubov Hacı Məmmədovun bandasını ifşa etməkdən yayınıb? - İLGİNC

Bakı Bəyannaməsi qəbul edildi

Xameneyiyə tapınan müəllimə əməlli-başlı QAN-QAN DEYİR... - “Salam, Fərmaneh”

DYP onlara qarşı nəzarət gücləndirilir

"Hesab edirəm ki, bunun da zamanı yetişib" - Dövlət başçısı

Azərbaycan nefti bahalaşdı

Divarlara çəkilmiş bu şəkillər bizə nə deyir ? - FOTO

"Azərbaycan bu məsələlərdə öz mövqeyini nümayiş etdirib" - Dövlət başçısı

Bütün xəbərlər