Rəsmi Bakıdan “Şuşa AÇIQLAMASI”

















Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə əlaqədar açıqlama verib.
O, Modern.az-a verdiyi açıqlamada bildirib:
“Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən 1992-ci ilin mayın 8-də Azərbaycanın qədim Şuşa şəhəri işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
Şuşa şəhərinin işğalı Ermənistanın Azərbaycan Respublikasına qarşı sistematik təcavüz və işğal siyasətinin tərkib hissəsidir. Bu işğalçılıq siyasəti nəticəsində Ermənistan tərəfindən gücdən istifadə edilməklə Azərbaycanın Dağlıq Qarabağ regionu və onun ətrafındakı yeddi rayonu işğal edilib, işğal edilmiş ərazilərdə bir milyondan artıq azərbaycanlı qanlı etnik təmizləməyə məruz qalıb və müharibə dövründə Ermənistan tərəfindən hərbi və insanlıq əleyhinə ağır cinayət əməlləri törədilib.
25 ildir işğal altında olan Şuşa şəhəri Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazisinin ayrılmaz bir hissəsi olmaqla bərabər Azərbaycan xalqı üçün tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malikdir. “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə ağır zərbə vurulub.
Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan və təhqir edilməsi, mənimsənilməsi kimi məqsədli siyasəti çərçivəsində yalnız Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Yuxarı və Aşağı Gövhərağa, Saatlı məscidləri, Vaqifin Mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.
BMT-nin Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycanın ərazilərinin işğal edilməsini qınayan və Azərbaycanın suverenliyi və ərazi bütövlüyü və Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul edib. Təhlükəsizlik Şurası bu qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olmasını təsdiq edib və işğalçı qüvvələrin bütün işğal edilmiş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirib.
Müvəqqəti işğal altında olan Dağlıq Qarabağ regionu həmişə Azərbaycanın ayrılmaz hissəsi olub və olacaqdır.
Beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini birmənalı və qəti şəkildə dəstəkləyir və hörmət edir.
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Şuşa şəhərinin azərbaycanlı sakinləri öz tarixi şəhərlərinə mütləq qayıdacaqlar və Azərbaycan özünün ərazi bütövlüyü və suverenliyini təmin edəcəkdir”.
FacebookWhatsAppTelegramFacebook MessengerTwitterGoogle+Pinterest


Oxunub: 985

Son xəbərlər

“Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı inkişaf yoluna qaytardı.”

Nizami Təhməzov XALİDƏ HİCRAN (roman) - Yeddinci hissə

Stiv Cobsun xoşbəxtlik və uğur üçün əsas tövsiyəsi - Alimlər onunla razıdır

Bakı Ağır Cinayətlər Məhkəməsində yeni hakim

Vahid pasport sistemi yaradıldı

İnsanlar hansı yaşda valideynlərinə oxşamağa başlayır?

Azərbaycan və Türkiyə XİN başçıları telefonla danışdı

Bakı Bulvarında qanunsuzluq ocağı: “FERMA ART” restoranı əmək qanunlarını tapdalayır!

Bakı–Təbriz–Bakı marşrutu üzrə reyslər iyunun sonunadək ləğv edilib

"Zümrüd Residence"də bədbaxt hadisə - 8 yaşlı uşaq öldü

Goranboyda hərbi maşını qəzaya düşdü

Boğazına arı gedən milyarder öldü

Zakir Həsənov İrana başsağlığı verdi

Paşinyan: Bakı ilə sülh müqaviləsi üzrə məsləhətləşmələr aparırıq

Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistanın addım atmasını gözləyir

Ağcabədidə meşə zolağının məhv edilməsi ilə bağlı ŞOK GÖRÜNTÜLƏR – AzAqro MMC qanunu saymır?

Rusiya Azərbaycana təşəkkür edib

Qurtuluş gününün havası

"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur" - Hikmət Hacıyev

İsrailin zərbəsi nəticəsində 60 nəfər ölüb

“AF BEACH HOTEL”də Aynur Dadayeva işçilərin maaşını vermir

Xətaidə konsert proqramı təşkil olundu - VİDEO+FOTO

“National Prime Hospital”da vergidən BELƏ YAYINIRLAR - BU DA FAKT!

 Tərtərdə məmurlar ƏL-ƏLƏ VERİB.. . BÜDCƏNİ DAĞIDIRLAR

6 nömrəli poliklinikanın baş həkimi qanunsuzluqla məşğuldur - ŞİKAYƏT

Kölgədə qalanlar: diplomlu, bacarıqlı, işsiz…

İranın Baş Qərargah rəisinin iki müavini öldürülüb

Azərbaycanda maaşı artacaq müəllimlərin sayı açıqlandı

İki cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulur

Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır

Bütün xəbərlər