Şuşanın işğalından 26 il ötür













Azərbaycanın Şuşa şəhərinin erməni silahlı birləşmələri tərəfindən işğal edilməsindən 26 il ötür.

Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin 1992-ci il mayın 8-də Ermənistan Silahlı Qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb.

Bununla, ermənilər bölgənin Azərbaycandan faktiki qoparılmasına nail olublar. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur. İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. Bu siyahıya Xan mağarası, Qaxal mağarası, Şuşa qalası da daxil olmaqla bütövlükdə 279 dini, tarixi və mədəni abidə daxildir.

Ermənilər Azərbaycana məxsus olan bir çox abidənin məhv edilməsinə və ya erməniləşdirilməsinə nail olublar. Onlar Şuşada 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2 kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar.

Ümumilikdə, Ermənistan Silahlı Qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə keçib./BAKU.WS


Oxunub: 1 107

Son xəbərlər

Kreml Ankara-Bakı-Dəməşq alyansına qarşı: “Suriyada əsas oyunçu statusundan məhrum olacağıq”

Abşeronda Heydər Əliyevlə bağlı tədbir keçirildi – Foto

Təbii fəlakətdə yararsız hala düşən evlərlə bağlı yeni qayda

Xocalı soyqırımı zamanı girov götürülmüş zərərçəkən: Gitara ifaçısı olduğumu biləndən sonra dırnaqlarımı çıxardılar, barmaqlarımı sındırdılar

“Ekstrasens Etibar” ritualları ilə kimlərdən “CİN” çıxarıb? - Araşdırma

Piyada yolu zəbt edildi: Fikrət Hacıyevin “Kale Seramik” mağazasının qarşısında..

Rövşən Rzayev və Əli Həsənli şirkətin işçilərinə çox maaş yazıb sonra geri alırlar? - Araşdırma

Sabah 40 dərəcə isti olacaq

Azərbaycanda şəxsiyyət vəsiqəsinə bu məlumatlar əlavə ediləcək

Azərbaycanda bəzi ixtisaslar ləğv olunacaq

ADY onlayn bilet alışını təşviq edir

"Azersun”un əməkdaşı HƏBS OLUNACAQMI? - Ortada sübut-dəlil olsa da...

TƏBİB-in nəzarətsizliyi biabırçı nəticələr verir – Dövlət qurumlarında əxlaq tənəzzülü davam edir // VİDEO

"-ov", "-yev" sonluqlu soyadlar bu hallarda dəyişdirilir - RƏSMİ

Dr. Vəfa Gündoğan necə estetik əməliyyat icra edir? - FOTO // VİDEO

Rusiyaya gedən miqrantlardan tibbi arayışlar tələb edilə bilər

Məşhur göz həkiminə cinayət işi açıldı

Azərbaycanda hərbçilərin pensiyalarında dəyişiklik ediləcək? - Rəsmi açıqlama

Xocalının bu kəndlərinə ilk köç olacaq

Alimlər ev itlərinin məlum olan ən qədim cinsini müəyyən etdi

Qadının nikahda bədbəxt olduğunu göstərən 10 əlamət

Tramp Ukraynaya “Patriot” tədarükü barədə sərt bəyanat verdi

İlham Əliyevin Əbu-Dabi səfərindən diqqətçəkən məqamlar - VİDEO

“Taxta bazarı”nda yanğın - VİDEO

Paşinyan Brüsselə getdi

Rusiyanı dəstəkləyən bu ölkələrə xəbərdarlıq edildi

Bu gün onların şəhadətə ucalmasından 5 il ötür

DTX-dən əməliyyat - Kibercinayətkar həbs edildi

Daha 61 ailə doğma yurda yola salındı

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ DÖYÜŞÇÜLƏRİ

Bütün xəbərlər