dunya
10.05.2018, 08:37
İsrail aviasiyası Suriya ordusunun mövqelərini atəşə tutub
İsrail aviasiyası Suriya ordusunun Qolan yüksəkliyindəki mövqelərini atəşə tutub.
DogruXeber.az xeber verir ki Bu barədə TASS agentliyi “Əl-Mayədin” telekanalına istinadən xəbər verib.
Bundan əvvəl Qolan yüksəkliyində İsrail hərbçilərinin nəzarətindəki ərazi Suriya istiqamətindən atəşə tutulub.
İsrail Müdafiə ordusunun yaydığı açıqlamada bildirilir ki, İranın "Əl-Qüds" qüvvələri tərəfindən əraziyə 20-dək raket buraxılıb, raketlərin əksəriyyəti vurulub. İlkin məlumata əsasən, hadisə nəticəsində ölən və yaralanan olmayıb.