Bu gün ali məktəblərə qəbul imtahanı keçirilir – II və III ixtisas qrupları üzrə













Dövlət İmtahan Mərkəzi (DİM) bu gün 2018/2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.

DİM-dən verilən məlumata görə, imtahan respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 66 binada aparılır.

İmtahanların idarə olunmasına 248 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2856 nəzarətçi-müəllim cəlb olunub.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metal axtaran aparat”lar quraşdırılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə imtahan mərkəzlərinə son baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

İmtahanda 36559 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 17253 abituriyent II qrup üzrə, 19306 abituriyent isə III qrup üzrə imtahan verir.

Abituriyentlərdən 33462 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 15599, III qrup üzrə 17863 nəfər), 3097 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1654, III qrup üzrə 1443 nəfər) məzunudur. Abituriyentlərin 16194 nəfəri oğlanlar (II qrup üzrə 10974 nəfər, III qrup üzrə 5220 nəfər), 20365 nəfəri isə qızlardır (II qrup üzrə 6279 nəfər, III qrup üzrə 14086 nəfər). 28318 nəfər cari ilin orta ümumtəhsil müəssisələrinin, 8241 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 93 nəfər ali təhsil müəssisələrinin, 1452 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 196 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1960-cı ildən, ən gənci isə 2003-cü ildəndir.

Bakı şəhərində 15968, Naxçıvanda 1768, Gəncədə 3857, Sumqayıtda 1732, Mingəçevirdə 1572, Şəkidə 1998, Bərdədə 2114, Göyçayda 1520, Şirvanda 2208, Lənkəranda 2283, Xaçmazda isə 1539 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 50 KİV nümayəndəsi DİM-də akkreditasiyadan keçib.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər mayın 7-dən etibarən DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap ediblər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara “Yaddaş kitabçası” da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanıb və 3 saat davam edəcək.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

– şəxsiyyəti təsdiq edən sənədin əsli;

– “İmtahana buraxılış vərəqəsi”;

– 16 yaşı tamam olmamış (şəxsiyyət vəsiqəsində şəkili olmayan) abituriyentlər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş arayışı (arayışa şagirdin 3×4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmır.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunur və imtahan binasına buraxılmır.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində DİM-in məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda DİM-in internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra DİM-in internet saytında yerləşdiriləcək.


Oxunub: 608

Son xəbərlər

“Üç övlad atası idim, birini şəhid verdim, oğlum başımı uca etdi, az yaşadı, amma kişi kimi yaşadı”

Səfirliyə hücum edənlərin biznes şəbəkəsi: Bakıdakı restoranlar da ona aiddir?

Rusiyada alim vətənə xəyanət ittihamı ilə SAXLANILDI

Yaranmış problemə nazirliyin münasibəti

3 gün ərzində 7 marşrut xəttinin hərəkət sxemi dəyişəcək - SİYAHI

"Rublla bağlı razılığa gəldik” - Ərdoğan

Nazirlik ilanbalığının ovuna icazə verilməsinin səbəbini AÇIQLADI

Baş nazirdən Pərviz Şahbazovla bağlı SƏRƏNCAM

CƏNAB NAZİR, “Taxıl mafiyası” fermerlərə zülm edir... - “Qarşıdan aclıq gəlir”

Buzduxda Azərbaycan bayrağı qaldırıldı - VİDEO

Yağıntılı və küləkli hava şəraiti nə vaxtadək davam edəcək?

Londondakı səfirliyimizə hücumla bağlı CİNAYƏT İŞİ BAŞLANILDI

Bu yüksəkliklər Ordumuzun NƏZARƏTİNƏ KEÇDİ

“Samirin şəhadətə ucaldığını “Instagram”da gördüm” - Şəhid qardaşı

Çin XİN-dən ABŞ-a XƏBƏRDARLIQ

«Electro Service» QSC hansı tenderləri udur? - SİYAHI

Azərbaycan nefti bahalaşdı

İsmayıl Hüseynovun Praqada otelləri üzə çıxdı - İLGİNC FAKT

Azərbaycanın QƏRBİ AZƏRBAYCAN ARZULARI... NƏ QƏDƏR REALDIR?

Bakıda "Qazel" yandı

Xankəndini görürük... XANKƏNDİYƏ GƏLİRİK... - Başqa yolu YOXDUR!

REKLAM AGENTLİYİ: YARITMAZ, YOXSA KORRUPSİYALAŞMIŞ QURUM? – 8 il balıq evindən “haqq alan” Agentlik inad edir...

Mətbuat Şurası jurnalistə güc tətbiq edən DSX mayoru ilə bağlı BƏYANAT YAYDI

“Onu Azərbaycana təhvil versəniz Rusiya səfirliyini partladacağıq…” - ŞOK TƏHDİD

Ermənilərin Laçından çıxarılmasına vaxt verildi

Dolların 3 günlük məzənnəsi

BÖHRAN: Azərbaycanda un qıtlığı yaranıb - ÇÖRƏK SEXLƏRİ UNU LİMİTLƏ ALIR

“Təhsil” istirahət mərkəzidir, yoxsa islah koloniyası? – NARAZILIQ VAR!

Nazirlər Kabinetinin qərarının icra edilməməsi kimlərin maraqlarına uyğundur?

İllər ərzində AzTV-dən oğurlanan pullar... - GÖRÜN HARDAN ÇIXDI...

Bütün xəbərlər