dunya
13.05.2018, 08:49
İŞİD Parisdəki hücuma görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Parisdə bir nəfərin ölümü və dörd nəfərin yaralanması ilə nəticələnən silahlı insidentə görə məsuliyyəti öz üzərinə götürüb.
DogruXeber.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olmasını istisna etmir. Şahidlərin sözlərinə görə, silahlı şəxs yoldan keçənlərə hücum edərkən “Allah Əkbər” deyə qışqırıb.
Qeyd edək ki, Parisin 2-ci dairəsində naməlum şəxs bıçaqla yoldan keçənlərə hücum edib. İnsident nəticəsində 1 nəfər ölüb, 4 nəfər isə yaralanıb.
Silahlı şəxs polis əməkdaşları tərəfindən məhv edilib.
Araşdırma aparılır.