Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı













Ev, “çörəkpulu”, müalicə problemləri həll olunmayan məcburi köçkünlər “Qaçqınkom”un qarşısına toplaşdılar
Bir qrup məcburi köçkün mayın 15-də Qaçqınlarla və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin qarşısına toplaşıb. Onlar “Qaçqınkom”un qarşısında piket keçirərək, ev tələb ediblər. Köçkünlər illərdir ev problemlərinin həll edilməməsindən narazıdırlar.

Aksiya iştirakçılarından olan Qarabağ müharibəsi veteranı, 2-ci qrup əlil deyib ki, maşının içində yatır: “Evim-eşiyim yoxdur. 50 manat pensiya verirlər mənə. Mən maşının içində yatıram. Sənaye Pedaqoji Texnikumunun ”obşejiteli” var, orada yataqxanada bacım qalır, hərdən gedib onun yanında qalıram. Mənim çörəkpulumu vermirlər. Deyirlər sən buranın vətəndaşı deyilsən. Mən Qubadlı qaçqınıyam. Bədənimdə qəlpələr var. 4 dəfə ürəyimdən əməliyyat olunmuşam Almaniyada. Deyirlər sənə çörəkpulu düşmür. Sən varlısan, evin-eşiyin, maşının var”.

Müxtəlif bölgələrdən olan bu insanların bəziləri evsizlikdən, bəziləri “çörəkpulu”nun kəsilməsindən, bəziləri isə müavinətlərin dondurulması məsələlərindən şikayətləniblər. Onların bildirməsinə görə, qəbul ayda bir dəfə, ayın 15-də olduğundan komitə önünə toplaşıblar. “Əvvəlcə növbəliliyi təmin etmək üçün siyahı hazırladılar, sonra həmin siyahını bir yana atdılar ki, qaçqın kartları ilə gəlin. Ona görə də burada qarışıqlıq düşdü”, – köçkünlərdən biri deyib.

Köçkünlər eyni zamanda bildiriblər ki, komitə əvvəlki rəhbərlik dönəmində onlara laqeyd münasibət göstərib və problemlərinə başdansovdu yanaşıb: “Verilən cavablar eyni məzmunda və başdansovdudur. Bax, əlimdə 10-a yaxın məktub var, hamısı da qısa və eyni cümlələrdən ibarətdir. Nə olsun, cavab verirlər, problem həllini tapmır. Bizim məqsədimiz məktub yazmaq deyil axı, məktubda qaldırılan problemin həllinə nail olmaqdır”, – başqa bir köçkün deyir.

Onlardan biri də vurğulayır ki, 4 uşaqla yataqxanada 12 kvadratmetrlik otaqda yaşayır. Onun deməsinə görə, neçə illərdir bu barədə müraciətlər etsə də, problemi həll edilmir.

Köçkünlərin deməsinə görə, onlara 22 manat «çörəkpulu» nəzərdə tutulur. Üstəlik, kommunal xidmətlərə görə 36 manat ayrılıb. Bu il bu məbləğ 10 faiz artıb, 40 manata yaxınlaşıb.

Komitənin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev AzadlıqRadiosuna deyib ki, köçkünlərin qarşısına çıxaraq onların şikayətlərini dinləyib. İ.Mirzəyev vurğulayıb ki, heç zaman komitə köçkünlərə laqeyd yanaşmayıb, sadəcə, hamını qəbul etməyə vaxt çatmır. Mətbuat xidmətinin rəhbəri əlavə edib ki, bu vəziyyət aradan qaldırılacaq. “Daha qəbul ayda 1 dəfə yox, 4 dəfə olacaq”, – mətbuat xidmətinin rəhbəri komitə önünə toplaşanlara bildirib.


Belə iddialar da var ki, köçkünlərin “Qaçqınkom”un qarşısına toplaşması sabiq sədr Əli Həsənovun maraqlarına xidmət edir. O, özünün əhəmiyyətli bir fiqur olmasını diqqətə çatdırmaq üçün belə bir aksiyanın meydana gəlməsini təşkil edib. Bu iddiaların nə dərəcədə doğru olması isə bilinmir. Əli Həsənov vəzifəsindən ötən ayın 21-də kənarlaşdırılıb. Prezident İlham Əliyevin Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında imzaladığı sərəncama əsasən, Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni sədr təyin olunub. Əli Həsənov Dövlət Komitəsinin sədri vəzifəsindən çıxarılsa da, baş nazirin müavini postunda saxlanılıb.

Qeyd edək ki, Rövşən Rzayev Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin idarə heyətinin üzvü olub.

Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı


Əli Həsənov qaçqınları xələfinin üstünə qaldırdı


Oxunub: 434

Son xəbərlər

İlham Əliyev onlara general rütbəsi verdi - SƏRƏNCAM

“Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin qəbuluna başlanıldı

Xalq artistini erotik videolarla şantaj edirlər

Bakıda Xəzərlə bağlı beynəlxalq konfrans keçiriləcək

İcra Hakimiyyəti sabiq başçıdan 3 milyon manat tələb edir

Daha 79 nəfərin xarici diplomu tanınmadı

Bu qəzet və saytlara maliyyə ayrıldı - SİYAHI

Çexiya Azərbaycana yeni səfir təyin etdi

Aparıcı efirdəki bu hərəkəti ilə media qanunlarını pozdu - Cəzası nədir?

Ekologiya oğrusu elə bağırdı, dorğunun bağrı yarıldı

“AzerGold” Daşkəsən rayonunda yerli sakinlərlə növbəti görüş keçirib

Məhkəmə Rüşvətə Görə Tutulan Gömrük Generalını Həbsdə Saxlayıb – FOTO

Qondarma "respublika" Rusiyada səfirlik açacaq

Azərbaycanda 3 hakimin səlahiyyətlərinə xitam verildi

“Səfalı“ MTK Sakinləri Necə Aldadıb? – Ev Alanlar Diqqətli Olun

Nərimanovun Yeni Icra Başçısı Niyə Görsənmir? – İDDİA

Məşğulluq Mərkəzində Qaziyə bir sözü deyirlər: “Get, sonra gələrsən” - NARAZILIQ!

Şəkidə vətəndaşı DÜŞÜNƏN YOXDUR... - NARAZILIQ VAR!

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

Jurnalistlərdən Zaura sərt reaksiya: - “O tərbiyəsiz təcili qovulmalıdır!”

İlqar Atabəylinin hüquqları pozulur – Həbs edilən jurnalistlə bağlı aksiya keçiriləcək

Prezident dəniz nəqliyyatı işçilərini təltif edib - SƏRƏNCAM

Hacı Mazan mənzillərinin işıq pulunu sakinlərə ödətdirir

Yaxın günlərdə hava necə olacaq?

Yaxın günlərdə hava necə olacaq?

Sabahdan əlillik dərəcəsi yeni meyarlarla müəyyənləşəcək

Cənub bölgəsinin pambıq “baronu” Bahəddin Leysanov kimdir? Yaxud kölgə iqtisadiyyatının “kölgə adamı”

Qubanın 2- ci Nügədi kəndində gizlənən 10 milyonluq “Macara” oteli: Qubalıların başına hansı məcaraları gətirir? - VİDEO

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini saxlanılıb

İranda vəbaya yoluxma artıb

Bütün xəbərlər