idman
16.05.2018, 03:16
Yoahim Löv daha iki il Almaniya millisində
Almaniya Futbol İttifaqı millinin baş məşqçisi Yoahim Lövlə yeni müqavilə imzalayıb.
DogruXeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 58 yaşlı mütəxəssislə müqavilənin müddəti 2020-ci ilin yayına qədər uzadılıb.
Qeyd edək ki, Y.Löv 2006-cı ildən Almania millisini çalışdırır. Onun rəhbərliyi altına yığma DÇ-2014-ün, Konfederasiyalar Kuboku-2017-nin qalibi olub.