gundem
18.05.2018, 09:36
“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri işdən çıxır
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev mayın 31-də işdən ayrılacaq.
Nəsimi Paşayev "APA-Economics"ə bildirib ki, artıq bununla bağlı istefa ərizəsi yazıb.
Qeyd edək ki, N.Paşayev 2014-cü ilin mart ayında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin edilib.