dunya
20.05.2018, 04:15
Tramp həyat yoldaşının adını səhv yazıb
ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniyanın adını Twitter-də səhv yazıb.
DogruXeber.az-ın RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə The Hill məlumat yayıb.
“Birinci xanımımızın Ağ Evə qayıtması çox gözəl hadisədir. Melani özünü yaxşı hiss edir. Dualarınıza görə minnətdaram”, – ABŞ lideri sosial şəbəkədəki səhifəsində yazıb.
Bir müddət sonra Tramp ilk yazdığı tviti silib, həyat yoldaşının adını düzgün şəkildə ikinci tvitdə qeyd edib.